1 Sentyabr, 2011
NƏZAKƏT TEYMUROVADAN SUPER UĞUR

Müğənni YUNESKO-nun ən gözəl səsi seçildi

Özbəkistanın Səmərqənd şəhərinin məşhur Registan meydanında YUNESKO-nun himayəsi altında keçirilən “Şərq təranələri” VIII Beynəlxalq musiqi festivalı başa çatıb.
Simsar.az-ın məlumatına görə, builki festivala dünyanın 56 ölkəsindən 300-ə qədər musiqiçi qatılıb. 

Festivalda Azərbaycanı təmsil edən xalq artisti Nəzakət Teymurovanın “Xarı bülbül” xalq çalğı ansamblının müşayiəti ilə ifa etdiyi xalq mahnıları böyük maraqla qarşılanıb. Xanəndə festivalda YUNESKO-nun “Ən gözəl səs” xüsusi mükafatına layiq görülüb.

Xatırladaq ki, 1997-ci ildə keçirilmiş “Şərq təranələri” I Beynəlxalq musiqi festivalında Azərbaycanı Simarə İmanova təmsil etmiş və ən yüksək mükafata – “Qran-pri”yə layiq görülmüşdü. Sonrakı illərdə bu festivalda iştirak edənlərdən Alim Qasımov, Aygün Bəylər, Qoçaq Əsgərov birinci, Zabit Nəbizadə ikinci yerləri tutmuşdular.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!