24 Avqust, 2011
Neft bazaları özəlləşdirilir

Proses İmişlidən başlayacaq

Azərbaycanda neft bazaları özəlləşdirilməyə başlayıb. İlk neft bazasını sentyabrın 20-də İmişlidə satmaq planlaşdırılır.
Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 20-də İmişlidə əvvəllər ARDNŞ-nin balansında olan neft bazasının hərraca çıxarıldığını elan edib. Neft bazası 1000 m2 ərazini tutur və 78 358 manat ($94 min) qiymətləndirilib.
ARDNŞ-nin neft bazaları ölkə prezidentinin 28 mart 2001-ci il tarixli sərəncamı ilə özəlləşməyə çıxarılıb. Bakı və rayonlardakı 27 neft bazasının satılması planlaşdırılır. Amma sonra məlum oldu ki, ARDNŞ onları satmağa tələsmir. ARDNŞ-nin keçmiş prezidenti Natiq Əliyev bildirirdi ki, bazar iqtisadiyyatı şəraitində "neft bazaları investorlar üçün maraqlı olmyacaq".
ARDNŞ mətbuat xidmətində Turan-a deyiblər ki, hazırda balansda 12 neft bazası var.
ARDNŞ Gürcüstan, Ukrayna və başqa ölkələrdə neft bazaları alır.
Azərbaycanda neft bazalarının özəlləşdirilməsi 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramında nəzərdə tutulub. Proqramda neft hasilatı və neft emalı müəssisələrinin də özəlləşdirilməsi nəzərdə tutulur. 08B

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!