Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

4 yeni metrostansiyanın tikilişlərinə başlanılıb

2012-ci ilin oktyabrına qədər işlər tamamlanmalıdır

Bakı Metropoliteni "Avtovağzal" metro stansiyasının tikintisi çərçivəsində tunellərin çəkilişi üzrə işlərə başlayıb. Bu barədə çərşənbə günü Bakı Metropolitenindəki mənbə deyib.

Mənbənin sözlərinə görə, tunelin çəkilişi üzrə işlər artıq başlayıb və indi tunellərin çəkilişi üçün xüsusi qurğu tədricən lazımi dərinliyə çatır.

Tunelin çəkilişi Almaniyanın "Herrenknecht" şirkətinin istehsalı olan yeni avadanlıqdan istifadə etməklə həyata keçiriləcək. Tunel çəkilişi zamanı belə metoddan Azərbaycanda ilk dəfə istifadə olunacaq.

Qurğunun gündəlik qazıb irəliləməsi 25 metr təşkil edir. Bu, əvvəlkindən xeyli çoxdur.

Mənbənin dediyinə görə, "Avtovağzal" stansiyası üçün tuneldən sonra qurğu "Memar Əcəmi-2" və Hənifə Ələskərova küçəsində Müdafiə Nazirliyinin hospitalı yaxınlığında yerləşəcək stansiya arasında tunelin çəkilməsi üçün göndəriləcək. Son təyinat məntəqəsi Tbilisi prospektində Heydər Əliyev adına İdman-Konsert Kompleksi yaxınlığında tikiləcək metro stansiyası olacaq.

"Dörd yeni stansiya üçün tunellərin çəkilməsi gələn ilin oktyabr ayına kimi başa çatmalıdır", - mənbə bildirib.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və 22 stansiyaya malikdir.






11 Avqust, 2011  16:21 Baxılıb: 1127 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner