Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“İDC” şirkəti Azərbaycanın İT bazarını qiymətləndirdi

“İDC” şirkətinin məlumatına görə, Azərbaycanın fərdi kompyuter bazarı 11,4% artıb.

Bu bazarda tədarüklər 158 mini ötüb. Bu rəqəmin 51,6%-ni stolüstü və 48,4%-ni isə mobil sistemlər təşkil edir. Fərdi kompyuter bazarının müsbət dinamikası fonunda noutbuk bazarında artım müşahidə olunub. Bununla yanaşı, mobil kompyuterlərin tədarükü 14,7% artıb. Bu artım əsasən fərdi istifadəçilərin hesabına baş verib. Desktop bazarında isə azalma müşahidə olunub. Belə ki, 2009-cu ilə nisbətən bazarın həcmi 6,2% azalıb. Kompyuter bazarında güclü yerli istehsalçıların mövcud olmasına baxmayaraq “HP” şirkəti 33,2% payla bazarda birinci yer tutur. Bazarda “HP”, “Acer” və “Toshiba” şirkətləri müvafiq olaraq ilk üçlüyü tamamlayır. Bu şirkətlərin noutbuk və desktop tədarüklərinin ümumi həcmi 50%-dən çoxdur. 
Araşdırmalar göstərib ki, bazarın istehlak və korporativ seqmentlərinin ənənəvi brendlərə meyilliliyi davam edir. “İDS” şirkəti tərəfindən verilən məlumata görə, keçən il Azərbaycanda çap qurğuları bazarında 1,8% artım qeydə alınıb. 36,8 min printer və surətçıxarma qurğusu, o cümlədən 17,7 min şırnaqlı və 17,9 min lazer cihazları tədarük olunub. Bu texnikanın əsas həcmi dövlət və korporativ seqmentlərin (lazer cihazları) və ev təsərrüfatlarının (şırnaqlı cihazlar) payına düşür.






11 Avqust, 2011  15:17 Baxılıb: 1161 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner