Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BİR SIRA DÖVLƏT QURUMLARININ BORCLARI SİLİNDİ

Nazirlər Kabineti bir sıra dövlət qurumlarının borclarının silinməsi barədə qərar qəbul edib

Azərbaycan Nazirlər Kabineti bir sıra dövlət müəssisələrinin borclarının tənzimlənməsi barədə qərar qəbul edib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, «Azərsu» ASC-nin 2011-ci il fevralın 1-nə "Bakıelektrikşəbəkə" ASC-nin balans və balansarxası hesabları üzrə 83 mln. manat, «Sumqayıtelektrikşəbəkə» ASC-nin balans və balansarxası hesabları üzrə 64,1 mln. manat, «Azərenerji» ASC üzrə 9,3 mln. manat, Meliorasiya və Su Təsərrüfatı ASC üzrə 65,6 mln. manat kreditor borcu silinib.

Maliyyə Nazirliyinə və "Azərsu" ASC-yə "Azərsu" ASC-nin elektrik enerjisinə görə olan borclarının xəzinə vekselləri vasitəsilə ödənilməsi nəticəsində yaranan 56,5 mln. manat, habelə həmin ASC-nin dövlət zəmanəti ilə alınan borcların Təminat Fonduna ödənilməli olan 3,8 mln. manat borclarını nizamnamə kapitalına yönəldilməklə silinmək tapşırılıb.

"Azərsu" ASC tərəfindən Dünya Bankından, Asiya İnkişaf Bankından, Almaniyanın KFW Bankından, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən və digər banklardan dövlət zəmanəti ilə alınmış kreditlərə görə 11,9 mln. manat məbləğində öhdəliklərin 2011-2013-cü illər ərzində dövlət zəmanəti ilə alınan borcların Təminat Fondundan qaytarılması ilə bağlı müvafiq tədbirlər görülməlidir.

Qərara uyğun olaraq, "Bakıelektrikşəbəkə" ASC-nin "Azərenerji" ASC-yə 2011-ci il fevralın 1-nə olan balans və balansarxası hesablar üzrə 83 mln. manat kreditor borcları, "Azərsu" ASC-nin "Azərenerji" ASC-yə olan 9,3 mln. manat borcuna müvafiq olaraq, Maliyyə Nazirliyi və "Azərenerji" ASC arasında bağlanmış borc sazişləri üzrə "Azərenerji" tərəfindən dövlət büdcəsinə ödənilməli olan 92,3 mln. manat məbləğində borc silinib.

Vergilər Nazirliyinə isə bir ay müddətində "Azərsu" ASC-nin əvvəlki illərdə yaranmış və ödənilmə müddətləri ötmüş vergi borclarının, faizlərin, maliyyə sanksiyalarının silinməsini təmin etmək tapşırılıb.






11 Avqust, 2011  15:12 Baxılıb: 1306 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner