Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İsveçrə bankı sirlərini heç bir dövlətə deməyəcək

Oğurluq informasiyalar əldə edən Almaniya və Fransa hökumətlərinə Bern sərt cavab verdi 

İsveçrə artıq oğurlanmış və ya satın alınmış informasiyaya əsaslanan tələblərə görə bank sirrini açmayacaq. Oktyabrın 1-də qanun statusu alacaq qərarı Federal Konfederasiya Şurası qəbul edib.

Bir qədər əvvəl Almaniya və Fransa hökumətləri İsveçrə banklarının müştəriləri olan vətəndaşları barədə oğurluq informasiyalar əldə etmiş, bu isə Bernin Berlin və Parislə münasibətlərini xeyli gərginləşdirmişdi. UBS bankının 4500 müştərisi barədə məlumatların ABŞ-a verilməsi isə həmin bankın sabiq əməkdaşının açıqlamalarından sonra baş tutmuşdu. Bu isə ABŞ və İsveçrə arasında bank məlumatlarının mübadiləsi barədə xüsusi anlaşmanın imzalanması ilə sonuclanmışdı. Ötən il Fransa vətəndaşı rəsmi Parisə HSBC bankının Cenevrədəki bölməsinin 3 min müştərisi barədə məlumatları vermiş, bir qədər sonra isə Berlin İsveçrə banklarında hesabları olan Almaniya vətəndaşları barədə bilgiləri satın almışdı. Yeni qanun qüvvəyə minəndən sonra İsveçrənin hakimiyyət dairələri istənilən ölkədən gələn məlumat tələbinin qanuniliyini araşdıracaq. Bundan başqa, bank hesablarına pul yatırmaqla vəsaitini vergidən yayındıran vətəndaşlarla yanaşı, bu vətəndaşlar barədə xəbər verən kəslər barədə dövlət qurumlarına müfəssəl məlumatlar verilməlidir. Rəsmi Bern bu yolla bank dosyelərinin oğurlanması və onların sonradan maraqlı tərəflərə satışının qarşısını almağa çalışır.






11 Avqust, 2011  15:01 Baxılıb: 1309 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner