Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Şahin Diniyev Foqtsu ittiham etdi

"FOQTS AZƏRBAYCANI XALQINI ALDATMAQLA MƏŞĞULDUR"

“Foqtsun dedikləri sadəcə pafoslu sözlərdir. 2016-cı ildə milli komandamızın Avropa çempionatının final mərhələsinə çıxması qeyri-mümkündür”. Bu sözləri futbol365.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev deyib.

O, millimizin alman çalışdırıcısı Berti Foqtsun Azərbaycan xalqını aldatmaqla məşğul olduğunu bildirib: “Nəyəsə iddia etdikdə buna əsas olmalıdır. Əgər, Azərbaycan yığması AÇ-2016-nın final mərhələsinə iddialıdırsa, bu gün bizim 19, 21 yaşlardan ibarət mililərimiz nəsə qazanmalıdır. Amma hələ ki biz aşağı yaş qruplarında da uğur əldə edə bilmirik. Foqtsun dedikləri tamamilə absurddur. O, Azərbaycan xalqını aldatmaqla, barmağına dolamaqla məşğuldur. Alman məşqçi millimizdə daha çox qalmaq üçün belə fikirlər səsləndirir. Amma unutmasın ki, bu ölkədə də futbolu başa düşənlər var”.
Ş.Diniyev bildirib ki, Azərbaycan yığmasının potensialı AÇ-2016-nın seçmə mərhələsində də ancaq qrup sonuncusu olmamağa çatır: “Təxminən 5 ildən sonra millimizdə indiki U-21 komandamız oynamalıdır. Onların da final mərhələsinə çıxmaq potensialından danışmağa dəyməz”.
Qeyd edək ki, Foqts bu gün keçirdiyi mətbuat konfransında millimizin AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanmaq şansının olduğunu iddia edib.






10 Avqust, 2011  20:23 Baxılıb: 996 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner