Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ İSTƏNİLƏN HƏDƏFİ 1 SAATA VURACAQ TƏYYARƏ HAZIRLAYIB

Səsdən də sürətli pilotsuz təyyarə sınaqdan keçiriləcək  

Pentaqona məxsus Amerika Müdafiə və Araşdırma Agentliyi (AMAA) səsdən 20 dəfə daha sürətli uça bilən pilotsuz təyyarəni sınaqdan keçirəcək. Məqsəd dünyanın hər hansı bir nöqtəsini bir saat içərisində vurmağın mümkünlüyünü yoxlamaqdır.

“Falcon HTV-2” adı verilən ox formasındakı təyyarə bu gün raketlə ABŞ-ın Kaliforniya ştatındakı Vandenberg hava limanından səmaya buraxılacaq. Müəyyən bir yüksəklikdə raketdən ayrılacaq təyyarə başlığı saatda təxminən 21 min kilometr sürətlə hərəkət edəcək. (Bu, Falcon HTV-2-nin Nyu-York - Los Angeles arasındakı məsafəni 12 dəqiqədən də az müddətdə qət edə bilməsi mənasını verir).
Falcon HTV-2 ötən ilin mart və aprel aylarında da test edilib. Amma cəmi 9 dəqiqə havada qala bilmişdi. Araşdırma mərkəzindən verilən şərhdə bildirilir ki, layihənin məqsədi lazım olduğunda Amerika ordusunun dünyanın hər hansı bir nöqtəsini bir saatdan az müddət ərzində vura bilməsidir.

ABŞ Hərbi Hava Qüvvələrinin mayoru Kris Skulz da yüksək sürətlərlə əlaqədar daha əvvəl ortaya ortaya atılmış ehtimalların sınaqdan keçirilməsinin əhəmiyyətindən danışıb.

RAMİL






10 Avqust, 2011  19:50 Baxılıb: 1050 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner