Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

"Orifleym" də çoxsaylı qanun pozuntusu

Şirkət istehlakçıları çaşdırmaqla məşğul olub

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Q.Qarayev prospekti, 61c ünvanında fəaliyyət göstərən "Orifleym" şirkətində parfüm və kosmetik vasitələrin saxlanılması və satışının qanunauyğunluğu vəziyyəti araşdırılarkən məhsulların təbliği, qablaşdırılması və satışı zamanı istifadə olunan bütün reklam daşıyıcılarında haqsız və qeyri-dəqiq reklama, habelə istehlakçıların hüquqlarının məhdudlaşdırılmasına və pozulmasına yol verildiyi müəyyən edilib

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, məhsulların reklamı zamanı müvafiq təsdiqedici sənədlər olmadan məhsulların təbii xammaldan hazırlanması və İsveç məhsulu olması barədə "təbii İsveç kosmetikası" və "natural Swedish cosmetics" sözlərindən, həqiqətə uyğun olmayan "30% miqdarında dərhal gəlir əldə edin" ifadəsindən, eləcə də müvafiq təsdiqedici sənədlər olmadan "ən" terminindən istifadə edildiyi müəyyən edilib.

Bundan başqa, məhsulların dəyərinin ödənilməsi ilə bağlı istehlakçıların sərbəst seçim hüququnun məhdudlaşdırıldığı, şirkətin internet saytında qeyri-nağd qaydada ödənişinin yalnız bir bank vasitəsi ilə aparılması tələbi qoyulmaqla bir banka rəqabətdə əsassız üstünlük verilidiyi aşkar edilib.

Eyni zamanda, istehlakçıların zəmanət hüquqları təmin edilməyib, əksər məhsulların markalanmasında məhsulların istifadə qaydalarına dair məlumatlar və məhsullara dair qiymət vərəqələrində Azərbaycan dilində məlumatlar verilməyib, qiymətlərə endirim tətbiqi zamanı kataloqlarda məhsulların əvvəlki qiymətləri barədə düzgün olmayan məlumatlar göstərilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyən edilib.

“Məhsulların satışı ilə məşğul olan məsləhətçilərin hüquqları məhdudlaşdırılmış, onlara məhsulları yalnız şirkət tərəfindən müəyyən edilmiş qiymətlərlə satacaqlarına dair məcburi öhdəliklər tətbiq edilmiş, müqavilələrdə şirkətə qanunla tənzimlənməyən birtərəfli qaydada üstünlüklər verilmişdir.

Aşkar olunmuş qanun pozuntularının aradan qaldırılmasına dair Dövlət Xidməti tərəfindən "Orifleym" şirkətinə icrası məcburi göstəriş verilmişdir”-deyə nazirliyin məlumatında bildirilib.






10 Avqust, 2011  17:01 Baxılıb: 1064 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner