Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AİLƏLİ KURSANTLARIN MƏNZİL KİRAYƏSİNİ DÖVLƏT ÖDƏYƏCƏK

Hərbi məktəblərin ailəli kursantlarının mənzil kirayəsini kompensasiya etmək üçün hər il büdcədən vəsait ayrılacaq

Azərbaycan hökuməti "Hərbi qulluqçulara (hərbi təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" qərarında dəyişikliklər edib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Dəyişikliklərdən biri redaktə xarakterlidir. Əvvəlki qərarda «xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan və bu səbəbdən kirayədə yaşamağa məcbur olan zabitlərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına” sözləri “yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi təhsil müəssisələrinin ailəli kursantlarına» sözləri ilə əvəz edilib. Qərara əsasən hərbi təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün hər ay Bakı şəhərində - şərti maliyyə vahidi məbləğinin 43 misli, başqa şəhər və rayon mərkəzlərində - şərti maliyyə vahidi məbləğinin 30 misli, digər yaşayış məntəqələrində - şərti maliyyə vahidi məbləğinin 25 misli miqdarında kompensasiya ödəniləcək.

Qərara əsasən hər il üçün təsdiq olunan dövlət büdcəsində bununla bağlı ayrıca vəsait nəzərdə tutulacaq.






10 Avqust, 2011  17:01 Baxılıb: 1080 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner