Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

"Rəvan"da nə baş verir?

"Bir nəfərə görə o boyda komandanın zəhməti hədər oldu"

"Bir nəfərə görə o boyda komandanın zəhməti hədər oldu". Fanat.az xəbər verir ki, bu sözləri "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov deyib.
Premyer Liqanın ilk turunda "Kəpəz"in qonağı olan "Rəvan" iki dəfə hesabda önə keçməsinə rəğmən meydanı məğlub tərk etdi. Baş məşqçi məğlubiyyətə görə komandanın eston qapçısı Artur Kotenkonu günahlandırır: "Düzdü, Bakıya qayıdanda Kotenko bütün futbolçulardan, komandadan üzr istədi. Amma bu heç nəyi dəyişmir. Başqa cür məğlub olsaydıq, bəlkə də bizə bu qədər təsir etməzdi. Ancaq görüş ərzində üstün oyun nümayiş etdirdiyimiz halda, heç nədən iki qol buraxmağımız bizə çox pis təsir edir. Bununla belə biz "Neftçi" ilə oyunda tam gücümüzü ortaya qoyub qələbə qazanmağa çalışacağıq. Hazırlıqlar da yüksək səviyyədə davam edir".
"Rəvan"ın ev oyunlarını harada keçirəcəyi ilə bağlı suala baş məşqçi belə cavab verib: "Qısa müddətə yüksək səviyyəli ot örtüklü öz stadionumuz istifadəyə veriləcək. Həmin vaxta qədər isə komanda ev oyunlarını ya "Şəfa" stadionunda, ya da "Dalğa Arena"da keçirəcək”.
Avrokuboklarda iştirak etməyi qarşılarına məqsəd qoyduqlarını bildirən Həsənov komandaya yeni transferlərin olacağını da vurğulayıb.
Qeyd edək ki, "Neftçi" ilə oyuna hazırlaşan "Rəvan" Milli Olimpiya Komandaları üçün Təlim-Məşq Mərkəzinin meydançasında məşq edir. Son məşqdə komandanın yeni transferi Takvi Bonq və "Kəpəz"lə oyunun ən yaxşılarından olan Con Pelu xüsusi ilə fərqlənib. Bəhmən Həsənov hazırlıqlarda özlərini yaxşı göstərəcəkləri halda Takvi Bonq və qapıçı Artur Kotenkonun "Neftçi" ilə oyunda iştirak etmək şanslarının olduğunu bildirib.//pfl.az






10 Avqust, 2011  15:54 Baxılıb: 1043 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner