Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

«Qalatasaray» açıqladı: «Arda Turanı satdıq!»

Ali Dürüst: "Bu transfer onun üçün gəlir mənbəyi deyil"

Arda Turanın "Atletiko"ya keçidi rəsmiləşib. Fanat.az xəbər verir ki, "Qalatasaray" kapitanının İspaniya klubuna keçidi ilə bağlı növbəti açıqlamanı yayıb.
Klubun rəsmi saytında yerləşdirilən "Gülə-gülə Arda Turan" başlıqlı yazıda kapitanın "Qalatasaray" karyerası haqqında bəhs olunur, 22 yaşlı futbolçuya 11 illik xidmətlərinə görə təşəkkür edilir.
"Qalatasaray" rəsmi saytı ilə "Atletiko" ilə müqavilənin şərtləri barədə də açıqlama verib. Açıqlamada bildirilir ki, İspaniya klubu "Qalatasaray"a 12 milyon avro transfer haqqı, 1 milyon avro isə bonus verəcək. Həmçinin Arda başqa bir türk klubuna satılacağı halda da "Qalatasaray"a pul ödənəcək.
Klubun 2-ci vitse-prezidenti Ali Dürüst da transferlə bağlı açıqlama verib: "Arda Turanın transfer üçün "Atletiko" ilə anlaşdıq. Ardadan burada qalmasını istədik, ancaq Avropada yaşamağı seçdi. Arda bundan sonra həyatına orda davam edəcək. Qapımız onun üçün hər zaman açıq olacaq. Bu transfer onun üçün gəlir mənbəyi deyil. Sadəcə həyatına, karyerasına Avropada davam etmək istəyir".






10 Avqust, 2011  14:54 Baxılıb: 982 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54




sagbanner