Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycanın Hacıqabul rayonunda baş verən partlayışın səbəbkarının adı açıqlanıb

Baş verən faciəli hadisə ilə bağlı hələlik məsuliyyətə cəlb olunan yoxdur

Azərbaycanın Hacıqabul rayonunda baş verən partlayışa səbəb olan maşının sürücünün şəxsiyyəti müəyyənləşib. Bu barədə APA-ya Hacıqabul rayon prokuroru Tariyel Qurbanov məlumat verib. Onun sözlərinə görə, hadisəyə səbəb olan yanacaq daşıyan yük maşının sürücüsü, Naxçıvan Muxtar Respublikası, Şərur rayon sakini, 1965-ci il təvəllüdlü Çingiz İdris oğlu Hacıyevdir. O, hadisə zamanı dünyasını dəyişib. Hadisənin əsas səbəbkarının artıq həyatda olmadığını xatırladan T. Qurbanov baş vermiş faciəli hadisə ilə bağlı hələlik heç kimin məsuliyyətə cəlb edilmədiyini deyib.

Qeyd edək ki, dünən Hacıqabul rayonundakı yanacaqdoldurma məntəqəsi qarşısında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.






10 Avqust, 2011  15:24 Baxılıb: 1571 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner