Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Suriyada bu gün 34 nəfər qətlə yetirilib

Bu haqda Simsar Qətərin Əl-Cəzirə telekanalına istinadən məlumat verib. 

Bu gün Suriyanın Dir əl-Zur şəhərində ordu ilə Bəşşar Əsəd əleyhinə olanlar arasında baş verən toqquşmada 34 nəfər qətlə yetirilib. Ölənlər arasında 10 nəfər azyaşlı uşağın olduğu bildirilir. Bu haqda Simsar Qətərin Əl-Cəzirə telekanalına istinadən məlumat verib.

Suriyanın bir çox şəhərlərində ordu ilə prezident Bəşşar Əsədin istefasını tələb edən nümayişçilər arasında toqquşmalar zamanı 800 dən çox nümayişçi qətlə yetirilib. Suriya rəsmiləri bu rəqəmin 100 dən az olduğunu və qətlə yetirilənlərin dinc əhali yox, silahlı terror qruplaşmalarının üzvləri olduğunu bildirib.

Suriya Prezidenti Bəşşar Əsəd Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu ilə çərşənbə axşamı keçirdiyi görüşdən sonra verdiyi açıqlamada ölkəsinin terrorçu qruplara əsla rəhm etməyəcəyini bildirib

Suriyada baş verən hadisələrə etiraz olaraq Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn bu ölkədəki səfirlərini geri çağırıblar.

Ramazan ayının birinci günü Suriyanın Həma şəhərində 145 nəfər nümayişçi qətlə yetirib.

Avqustun 9-da Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu Suriyaya səfər edib və ölkə başçısı Bəşşar Əsədlə altı saatlıq görüş keçirib. XİN rəhbəri Suriya lideri ilə ölkədəki vəziyyəti müzakirə edərkən Suriya ordusu Türkiyə-Suriya sərhədində altı nəfər dinc əhalini qətlə yetirib.






10 Avqust, 2011  13:24 Baxılıb: 938 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner