Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

MÜĞƏNNİ MAŞIN QƏZASINA DÜŞÜB

Gənc müğənni, Xalq ulduzu müsabiqəsinin iştirakçısı Mirkamil Kamilov maşın qəzasına düşüb.

Onun sözlərinə görə, maşın qəzasına düşməsinin səbəbi göz-nəzərdir: "Hazırda Şamaxıda istirahət edirəm. Allah saxladı, sağ-salamat qaldıq. Dostum, müğənni Elnur Quliyev də mənimlə bir yerdə idi. Bircə onu bilirəm ki, mən tez gözə gələn insanam".

Mirkamil yaradıcılıq yenilikləri barədə danışanda da ehtiyat etdi:

"Düzünü desəm, yaradıcılıqdan danışmaq istəmirəm. Qorxuram. Çünki həyata keçirmək istədiym hər hansı layihə, yenilik barədə öncədən danışanda reallaşmır. Gözə gəlir, nə bilim, tilsimə düşür".

Gənc müğənni nə qədər gizlətməyə çalışsa da bəzi yeniliklərini Milli.Az xəbər portalı ilə bölüşdü. Məlum oldu ki, Mirkamil Vaqif Gərayzadənin bəstələrindən birinə müraciət etməyə hazırlaşır. Bu barədə danışan Mirkamil: "Vaqif müəllimlə danışmışam. Retro mahnılardan birini yenidən, yeni aranjman etdirirəm. Vaqif müəllimdən xeyir-dua aldıqdan sonra oxuya bilərəm. Vaqif müəllimlə danışanda şərt kəsib, deyib ki, üstündə yenidən işlə, əgər bəyənsəm, oxuya bilərsən, bəyənməsəm, oxumayacaqsan. Ona görə də bu mahnını ərsəyə gətirmək mənim üçün çox önəmlidir", - dedi.

Gənc müğənninin sözlərinə görə, əgər Vaqif Gərayzadə oxumağa icazə versə, çox güman ki, həmin mahnıya klip də çəkiləcək. Rejissor kimi isə gənclərə üz tutacağını deyən Mirkamil: "İndi gənc rejissorların işi daha çox diqqət çəkir. Bəzi gənc həmkarlarımın kliplərini izləyirəm, xoşuma gəlir. Əgər klip çəkdirəsi olsam, yəqin ki, cavanlara müraciət edəcəm", - deyə bildirdi.

Mirkamil bəstəkar Nailə Mirməmmədli ilə də işbirliyinə başlayıb. Nailə Mirməmmədlinin bəstələrindən birini repertuarına daxil edib.






9 Avqust, 2011  23:11 Baxılıb: 1219 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner