Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

MƏŞHURLAR YERLİ KLUBLARDAN HANSININ FANATIDIR?

Coşqun Viləş “Qarabağ” və “Xəzər Lənkəran”, Nisə Qasımova “Qarabağ”, Elariz isə “Neftçi” yə azarkeşlik edir

Son illər Azərbaycanda yeni-yeni futbol klublarının yaradılması bu sahədə müəyyən canlanma yaradıb. Düzdür, əksər klublarımız avroliqada, yoldaşlıq görüşlərində inamlı qələbələr əldə etməsələr də, daxili qarşılaşmalar olduqca gərgin keçir.
Təbii ki, hər bir klubun fanatları var. Fanatların tərkibi isə olduqca rəngarəngdir. Bəs görəsən, yerli klubların fanatları arasında məşhurlar varmı?

Simsar.az “yerli klublardan hansına azarkeşlik edirsiniz” sualı ilə bir neçə tanınmış sənətçiyə müraciət edib.

Müğənni Coşqun Viləş yerli klublardan əsasən “Qarabağ” və “Xəzər Lənkəran”ın oyunlarını izləyir. Xarici klublara gəlincə Coşğun “Barselona”nın azarkeşidir.

Xalq artisti Nisə Qasımova Azərbaycanın bütün futbol klublarına eyni gözlə baxdığını deyir: “Biz azərbaycançılıq kursunu götürmüşüksə klublar arasında fərq qoymamalıyıq”.
Bununla yanaşı N.Qasımova qeyd etdi ki, işğal altında olan torpaqların adını üzərində daşıdığı üçün “Qarabağ” futbol klubunun uduzmasını istəmir: “Nəinki xarici klublarla, hətta yerli klublarla oyunda bu komandanın uduzmasını istəmirəm. Adına görə.
Belə götürəndə isə futbolla o qədər də maraqlanmıram”.

Müğənni Elariz Məmmədoğlu ümidlərini doğrultmasa da, “Neftçi”yə azarkeşlik edir: “Qardaş mənimki “Neftçi”dir. Zəif də oynasa, güclü də oynasa bu komandaya azarkeşlik edirəm”.

RAMİL






5 Avqust, 2011  19:58 Baxılıb: 1236 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner