Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

DƏMİR YOLU NƏQLİYYATINDA HANSI YENİLİKLƏR GÖZLƏNİLİR?

Bakı Dəmir Yol Vağzalının kassaları qarşısındakı basabas sakinlər üçün narahatlıq yaradır.

Belə narahatlıqla qarşılaşmış sakinlərdən biri kassalar qarşısında daim basabas olduğunu, bəzi insanların növbəni pozduğunu, bir sözlə, bilet almaq üçün sərnişinlərin əziyyət çəkdiyini bildirir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məsələnin daim təmsil etdiyi idarə rəhbərliyinin diqqətində olduğunu deyib.

"Bildiyiniz kimi, son illər strukturumuz sərnişinlərə mədəni xidmət səviyyəsini artırmaq üçün bir sıra tədbirlər görür. Bunlardan biri də avtomatik bilet satışı sisteminin tətbiqidir. Hazırda bu istiqamətdə işlər başa çatmaq üzrədir", - deyə N.Əzməmmədov bildirib.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Xaçmaz, Gəncə, Dəvəçi, Tovuz, Ağstafa, Qovlar, Böyük-Kəsik, Dəllər, Qazax, Zəyəm, Şəmkir, Alabaşlı və digər stansiyalarda bilet satışının kompüterləşdirilməsi həyata keçirilib: "Ucar və Hacıqabul istiqamətində bir neçə stansiya qalıb. Proses 2011-ci ilin sentyabr-oktyabr aylarında başa çatdırılacaq".

"Bu ilin oktyabr-dekabr aylarında dəmir yol biletlərinin İnternet vasitəsilə satışına başlanacaq. Bu zaman biletlərin pulu plastik kartlar vasitəsilə ödənəcək", - deyə o, qeyd edib./milli.az






5 Avqust, 2011  16:31 Baxılıb: 2583 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner