Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

YOL POLİSİ SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ EDİR

Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə "Təmiz hava" devizi altında təhlükəsizlik aylığına başlayıb

Azərbaycanda ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə "Təmiz hava" devizi altında təhlükəsizlik aylığına start verib. Bu barədə cümə axşamı Bakı şəhər Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib.

"Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində" Dövlət Proqramının icrası ilə əlaqədar olaraq avtonəqliyyat vasitələri tərəfindən atmosferin çirklləndirilməsinə nəzarətin gücləndirilməsi məqsədilə avqustun 1-dən daxili işlər, ekologiya və təbii sərvətlər nazirlərinin əmri ilə birgə Tədbirlər Planı hazırlanıb", - Əsədov əlavə edib.

Əsədovun sözlərinə görə, Tədbirlər Planına uyğun olaraq Azərbaycan ərazisində, o cümlədən Bakıda "Təmiz hava" devizi altında təhlükəsizlik aylığına start verilib. Plana uyğun olaraq avtomobillərin mühərriklərinin hərəkətləri zamanı ixrac etdiyi dəm qazının tərkibində normadan artıq zərərli maddələrin olmasını aşkar edən xüsusi cihazların köməyi ilə avtomobillərin yoxlanılması təşkil olunur. Normadan artıq çirklənmə qeydə alınarsa, sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunurlar.

Xüsusi aparatlar vasitəsilə həm dizel, həm də benzin mühərrikləri ilə işləyən avtomobillər yoxlanılır.

Əsədov deyib ki, avtomobillərdən çıxan tüstünün tərkibi belə cihazlar vasitəsilə öyrəniləcək.

Onun sözlərinə görə, avqustun 1-dən artıq Bakıda ətraf mühiti çirkləndirdiyinə görə 14 avtomobilin sürücüsü barədə protokol tərtib edilib.

Əsədov qeyd edib ki, tədbirlərə uyğun olaraq, eyni zamanda, hüquqi şəxslərə məxsus avtomobillərin təsərrüfat qarajlarında reydlər təşkil ediləcək.

Bakı yol polisi sürücülərin nəzərinə çatdırır ki, avtomobilin texniki sazlığına diqqət yetirsinlər.

trend






4 Avqust, 2011  20:56 Baxılıb: 1024 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner