Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dövlət Neft Fondunun büdcəsi 200 milyard dollar olacaq

Şahmar Mövsümov: ހArtıq mühafizəkar investisiya strategiyası tətbiq edə bilmərik

“Neft Fondu kiçik olanda biz mühafizəkar investisiya siyasəti tətbiq etdik və daha çox sabit gəlirli üç əsas valyuta ilə investisiya qoyduq: ABŞ dolları, avro və funt-sterlinq. Bizim hüquqi şirkətlərə və korporasiyalara investisiya qoyan qarışıq sabit gəlir vasitələr profilimiz var, lakin fond böyüdükcə biz daha riskli və daha çox mütəmadi şəkildə bərpa olunan gəlir sinifləri axtarırıq. Bu səbəbdən səhmlər, xüsusi kapital, potensial daşınmaz əmlak sahəsində diversifikasiya apara biləcəyimizə ümid edirik”.

“Azadinform” xəbər verur ki, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov “The Business Year” jurnalının Azərbaycana həsr olunmuş xüsusi sayına müsahibəsində belə deyib.
Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlıq haqda danışarkən icraçı direktor bildirib ki, fondun bütün müvafiq dövlət orqanları, xüsusilə də adıçəkilən qurumla çox yaxşı əlaqələri var: “Neft Fondu makroiqtisadi sabitlik baxımından çox vacib qurumdur, buna görə də bizim makroiqtisadi təhlükəsizliyi qorumaqda maraqlı olan əsas dövlət rəsmilərinin daxil olduğu Müşahidə Şuramız var. Şurada 5-10 il içində inkişaf etdirilib gerçəkləşdiriləcək çoxlu yeni neft-qaz layihəsi var”.
Jurnalın “Yeni gəlirləri necə idarə etməyi planlaşdırırsınız və bu, strategiyanızda dəyişiklik etməyi tələb edəcəkmi?” sualına cavab verən Ş.Mövsümov qeyd edib ki, 2011-ci ilin sonuna kimi fondun gəlirləri 30 milyard dollara, 10-15 il içində isə 200 milyard dollara artacağı gözlənilir: “Bu pulun ən azı yarısı ölkənin inkişafına xərclənəcək, digər yarısı isə fond daxilində investisiya olaraq yatırılacaq. Təbii ki, bu miqdarda pulla biz mühafizəkar investisiya strategiyası tətbiq etməyə davam edə bilmərik. Biz davamlı böyümə xəttində yeni strategiyalar tətbiq edəcəyik. Hazırda 100 nəfər işçimiz var və ən son texnologiyadan istifadə edəcək yeni bir mərkəz inşa edirik. Bizim artıq işçilərimiz üçün inkişaf etdirilmiş təlim proqramımız var və onu genişləndirmək istəyirik ki, gələcəkdə əsl investisiya evi olaq”.






4 Avqust, 2011  19:44 Baxılıb: 1160 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner