Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

YANĞIN 1000 HEKTARI BÜRÜDÜ

Nazir müavini hadisə yerindədir

Siyəzəndə baş verən yanğının söndürülməsinə ətraf rayonlardan texnika və 2 helikopter cəlb olunub

Siyəzən rayonunda dağlıq ərazidə başlayan yanğın davam edir. Yanğının qarşısını almaq hələ ki mümkün olmayıb.Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də gəlib.

Qeyd edək ki, otlaq sahəsində başlayan yanğın, güclü külək səbəbindən sürətlə yayılıb. Yanğının söndürülməsinə FHN-in canlı qüvvəsi və Siyəzən, Şabran, Xaçmaz, Sumqayıt şəhərlərindən texnika, o cümlədən 2 helikopter cəlb edilib.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Yaxınlıqda yerləşən fermalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğının meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Son məlumata görə, yanğının ümumi sahəsi, təxminən 900-1000 hektar ərazini təşkil edir. Bu barədə Lent.az-a Siyəzən rayon icra hakimiyyəti başçısının Beş Dam İnzibati Ərazi Vahidliyinin nümayəndəsi Eyvaz Manafov bildirib. Onun sözlərinə görə, yanan ərazilər vətəndaşlara məxsus pay və örüş torpaqlarıdır.

Hazırda nazirliyin aidiyyəti qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində müvafiq iş aparılır.






4 Avqust, 2011  03:03 Baxılıb: 983 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner