Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünyada ən ucuz neft Venesueladadır

MDB-də isə Türkmənistan birincidir.

MDB ölkələri arasında ən bahalı A-95 markalı benzin Ukrayna satılır. 2011-ci ildə bu ölkədə benzinin qiyməti 27%-dən çox bahalaşıb. A-95 markalı benzinlərin ən ucuz satıldığı ölkə Türkmənistandır.

Simsar.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, Azərbaycan MDB-də bu yanacağın qiyməti ucuz olan ölkələr sırasındadır.

Ukraynada A-95 markalı benzin son dövlər 27,2% bahalaşaraq 1,3 dollara çatıb. Bu ölkənin vətəndaşları hər litr üçün 1,3 dollar ödəməli olurlar. Moldovada A-95 benzini 1,14 dollara, Özbəksitanda 1,1 dollara, Ermənistanda 1,04 dollara satılır. 2011-ci ildə Belorus, Rusiya və Qazaxıstanda benzin xeyli bahalaşıb. Ən çox bahalaşma Belorusda qeydə alınıb. Bu ölkədə yanacaq 38,9% bahalaşaraq 0,9 dollara çatıb. Artım Qazaxıstanda 14,8%, Rusiyada 10,2% təşkil edib. Avtomobil sahibləri Qazaxıstanda 1 litr A-95 benzini üçün 0,8 dollar, Rusiyada, konkret olaraq Moskvada 0,9 dollar ödəməli olurlar.

Son aylar benzin qıtlığı ilə əlaqədar Qırğızıstanda bahalaşma qeydə alınıb. Hazırda bu ölkədə 1 litr benzin 0,8-0,9 dollara satılır. Tacikistanda da A-95 benzini 0,8 dollara almaq olar. Azərbaycanda bu yanacaq 0,76 dollara satılır.

MDB ölkələri arasında ən ucuz benzin Türkmənistanda satılır. Bu ölkədə müştərilər hər litr benzin üçün 0,22 dollar xərcləyirlər.

Qonşu Türkiyə ən bahalı benzin satılan ölkələr sırasındadır. Avtomobili olan ölkə əhalisi A-95 benzini üçün 2,64 dollar ödəməli olurlar. Norveç ($2,6), Niderland ($2,52), Danimarka ($2,63) və Belçika da ($2,33) baha benzin satan ölkələrə aiddir. Dünyanın əsas neft idxalçısı olan ABŞ-da bu markalı yanacaq 1 dollara təklif edilir.

Dünyada ən ucuz benzin əsasən neft ixrac edən ölkələrdə satılır. Bu ölkələrdə yanacaq dövlət tərəfindən subsidiyalaşdırılır. Venesuelada benzinin hər litrini 0,023 dollara almaq olar. Venesuelada 1998-ci ildən benzinin qiymətində hər hansı artım müşahidə edilməyib. Səudiyyə Ərəbistanı ($0,16), Liviya ($0,17) və Qətər ($0,22) hökumətləri də dotasiya ayırmaqla əhaliyə ucuz benzin satmaq siyasəti yürüdürlər.






3 Avqust, 2011  18:40 Baxılıb: 1937 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner