Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Partlayışda ölənlərin kimliyi bilindi

Baş həkim onların adlarını deyib

Son 3 abzasda Azəriqaz İB-nin və Nərimanov rayon prokurorluğunun açıqlaması əlavə edilib (ilk xəbər saat 12:33-də yayılıb)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bakıda partlayış baş verib.

Nərimanov rayon Polis İdarəsindən çərşənbə günü Trend-ə bildiriblər ki, partlayış bu gün səhər saatlarında rayonun Ağa Nemətulla küçəsində baş verib. Partlayış ərazidə fəaliyyət göstərən kolbasa sexində qeydə alınıb.

İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov Trend-ə bildirib ki, hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər isə yaralanıb.

Ölənlər və yaralının şəxsiyyəti müəyyənləşdirilir.

Klinik Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov isə Trend-ə bildirib ki, yaralının bədəninin müxtəlif hissələrinə şüşələr batıb. Onun bədənindən şüşələr təmizlənir. Salahov deyib ki, ilkin ehtimala görə, onun üzərində əməliyyat aparma ğa ehtiyac yoxdur.

Yaralı kişi cinsindəndir və şəxsiyyəti müəyyənləşdirilir, vəziyyəti qənaətbəxşdir.

Daha sonra Həmidov Trend-ə bildirib ki, ölənlərdən birinin şəxsiyyəti müəyyənləşdirilib. Həmin şəxs sexin rəisi təxminən 45 yaşlı Ağagülov Rövşəndir. Digər ölən iki şəxs isə həmin vaxt hadisə yerində işləyən qaz idarəsinin işçiləri olub. İlkin ehtimala görə, onlar 35-45 yaşlı kişilərdi r.

Yaralanan şəxs isə 35-45 yaş arasında olan Şükürov soyadlı kişidir.

Həmidov deyib ki, hadisənin sexd əki qaz balonunun partlamasından baş verdiyi ehtimal olunur.

AR DNŞ-nin (Dövlət Neft Şirkəti) "Azəriqaz " İB-dən Trend-ə bildiriblər ki, hadisə yerində Birliyin işçiləri olmayıb. Təbii qaz partlayışı ehtimal olunmur. Çünki təbii qazın partlayışı ancaq qapalı məkanda baş verə bilər. Hadisə yerində hansısa təmir işlərinin aparılması ehtima l edilir. Partlayışın təmir işlərində istifadə olunan oksigen və yaxud qaz balonundan baş verdiyi ehtimal oluna bilər.

Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev isə Trend-ə bildirib ki, partlayış zamanı 42 yaşlı Rövşən Ağagülov, 21 yaşlı Nurlan Xəlilov və 40 yaşlı Asəf Vahabov ölüblər.

Prokuror müavini hadisə zamanı 3 nəfərin xəsarət aldığını de yi b, onlardan yalnız Rüstəm Şükürovun şəxsiyyəti müəyyənləşdirilib.






3 Avqust, 2011  17:46 Baxılıb: 1099 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner