Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanlılar Saakaşviliyə müraciət etdi

Gürcüstan Müsəlmanları İdarəsi ləğv edilsin

Gürcüstandakı müsəlmanlar ilk dəfədir ki, Ramazan bayramını Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında qeyd etməyəcək. 3 ay əvvələdək Qafqaz Müsəlmanları İdarəsinin xeyr duası ilə fəaliyyət göstərən müsəlman din xadimləri, indi yeni yaradılmış dini qurumun, necə deyərlər, qılıncı altından keçməlidir.

Gürcüstan hökumətinin qərarı ilə ölkədəki müsəlmanlar bundan sonra Gürcüstan Müsəlmanları İdarəsinin nəzarəti altında olacaq. Bakıda heç də xoş qarşılanmayan yeni qurumun rəhbər şəxsləri ilə ANS-in Tiflisə ezam olunmuş müxbiri elə məsciddə görüşə bilib. İdarənin rəhbər şəxsləri arasında yer alan Gürcüstanın şeyxi Vaqif Əkbərov və Gürcüstanın baş imamı seçilən Yasin Əliyevlə söhbətə ilk olaraq, “Belə bir qurumun yaradılmasına nə ehtiyac var idi?” sualın verilməsi ilə başlanıb.

Şeyx V.Əkbərovun dediyinə görə, məsələ sırf sənədləşmə işi ilə bağlı olub. Yəni əvvəllər məscidləri qeydiyyata almaq mümkün olmurmuş. Yeni qurum yaradılandan sonra isə onun iddia etdiyinə görə, işlər asanlaşıb. Tezliklə məscidlər qeydiyyata alınıb. Elə maraqlı tərəfi də odur ki, yeni yaradılan qurumun dövlət orqanları ilə problemi olmasa da, qurum təmsilçiləri hələlik Gürcüstanda yaşayan müsəlmanlar, xüsusilə də azərbaycanlılarla sadə dillə desək, hələ də ümumi dil tapa bilməyib.

Gürcüstan Müsəlmanları İdarəsinin sədr müavini Yasin Əliyevin sözlərinə görə, bu idarənin yaranmasında, xüsusən Marneuli dindarlarının çox böyük xidməti var: “Mən bu idarəyə son gün gəlmişəm. Amma bu idarəni onlar yaradıblar. İndi isə onlar bu idarənin əleyhinədir”.

Bir sözlə, yeni yaradılan qurumun hələ 3 ayı tamam olmadan artıq daxildə fikir ayrılıqları və ziddiyyət yaranıb. Elə baş imam özü etiraf edir ki, ziddiyyət elə quruma rəhbərlik üstündədir. Artıq iş o yerə çatıb ki, azərbaycanlıların kompakt yaşadığı rayonların dindarları birləşib yeni qurumun ləğv edilməsi xahişi ilə ölkə prezidentinə müraciət edib.

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyevin sözlərinə görə, belə bir vəziyyət gözlənilən idi. Çünki Gürücüstan müsəlmanları Qafqaz Müsəlmanları İdarəsindən ayrılmağa hazırlaşmırdılar. Bu ideyanın təşəbbüskarları isə dini təhsili və Gürcüstan müsəlmanları arasında nüfuzu olmayan şəxslər olub. İndi nəticə göz qabağndadır.

QMİ-nin Gürcüstandakı nümayəndəsi Hacı Əli Əliyev deyir ki, Gürcüstanda yaşayan azərbaycanlıların tarixən Azərbaycanla bağlılıqları olub: “Mənəvi bağlılıqları var. Milli bağlılıq, qardaşlıq bağlılıqları var. Qafqaz Müsəlmanları İdarəsi əvvəl Gürcüstanda yerləşib. Sonradan bu qurum Bakıya köçürülüb. Yəni bu qurumla iki xalqı bir-birindən ayırmaq qeyri-mümkün bir işdir. Bu alınmayan bir şeydir və geci-tezi bir puça gətirib çıxaraq”.

Hacı Əlinin sözlərinə görə, yeni quruma qarşı narazılıqların artmasına səbəb həm də onun yaradılmasında məntiqə sığmayan məqamların olmasıdır. O bildirib ki, erməni kilsəsi Eçmiadzindən ayrılmadı: “Onu qeydiyyata almadılarmı? O da bizim kimi ayrılardı də. Katoliklər də, lüteranlar da, babtistlər də ayrılmadılar. Onlar ayrılsaydı, bu fikir məntiqli olardı. Təkcə bizim, yəni müsəlmanların ayrılması heç bir məntiqə uyğun deyil”.

Göründüyü kimi, Gürcüstandakı həmyerlilərimizin torpaq və təhsil probleminə indi də yenisi, din problemi əlavə olunub. Bir sözlə, dindar azərbaycanlıların işi həqiqətən də Allaha qalıb.






3 Avqust, 2011  17:12 Baxılıb: 962 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner