Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Rusiya RLS-nın icarəhaqqını artırmaq niyyətində deyil

Əvəzində Moskva radiolokasiyanı modernləşdirməyi təklif edib

Rusiya RLS-in gücünü bir neçə dəfə artıracaq.
2013-cü ildə RLS ən müasir avadanlıqlarla təchiz ediləcək.

Simsar.az RİA “Novosti”-ə istinadən bildirir ki, Qəbələ RLS-in ətraf mühiti mənfi təsiri isə minimuma endiriləcək.

Bu həftə Azərbaycanda səfərdə olan Rusiyanın müdafiə naziri Anatoli Serdyukov mətbuata açıqlamasında bütün texniki məsələləri həll edəcək işçi qrupu yaratmaq əzmində olduğunu bildirib. İşçi qrupu iki həftə ərzində ölkəmizdə olaraq məsələləri razılaşdıracaq.

“Mən azərbaycanlı həmkarım Səfər Əbiyevlə razılaşmanın bütün müddəalarını müzakirə edəcəyik”, - deyə Anatoli Serdyukov bildirib.

Hazırda stansiyada kapital rekonstruksiya işləri aparılır. RLS-də avadanlıqlar və antennalar dəyişdirilir. Bununla bağlı RLS fəaliyyətini qismən davam etdirir.


Simsar.az məlumat verir ki, Qəbələdəki “Daryal” tipli stasionar radiolokasiya stansiyası (RLS) istismarı ilə bağlı Rusiya ilə bağlanmış müqavilə 2012-ci ilin dekabrında başa çatdığı üçün müqavilənin müddətinin uzadılması gündəmə gəlib. RLS-in əhəmiyyətini və risklərin artıdığını nəzərə alan rəsmi Bakı əvvəlki müqavilənin şərtlərinə bəzi dəyişikliklər etmək niyyətindədir. Bura ilk növbədə icarəhaqqının qaldırılması aiddir. 
Məlumatlara görə, Azərbaycan tərəfi icarəhaqqının 10 milyon dollardan 50 milyon dollara qədər yüksəltmək niyyətindədir.

Rusiya tərəfi isə şərtlərə bunca dəyişiklik etmək niyyətində deyil. Bunu ötən ay Bakıda səfərdə olan Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun açıqlamalarından da bilmək çətin deyil. Serdyukov qeyd edib ki, Rusiya Qəbələ radiolokasiya stansiyasının gələcəkdə istismarına dair təkliflər hazırlayıb. “Biz Qəbələ RLS ilə bağlı öz təkliflərimizi hazırlamışıq. Bundan başqa biz stansiyanı modernləşdirməyi təklif edirik. Rusiyanın Qəbələ RLS-i modernizə etməklə bağlı müəyyən planları var”.
Bütün bunlar onu göstərir ki, RLS-lə bağlı Rusiya icarəhaqqını qaldırmaq niyyətində deyil.

RAMİL






3 Avqust, 2011  17:12 Baxılıb: 1032 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner