Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

TANINMIŞLARDAN ORUC TUTAN KİMLƏRDİR?

Simsar.az-ın sorğusu ortaya maraqlı nüanslar çıxardı

Havanın qızmar, gündüzün ən uzun vaxtlarına təsadüf edən Müqəddəs Ramazan Ayı orucluq mövsümü kimi yaddaşlarda asossiyasiya olunur.
Bu ayım müqəddəsliyi həmçinin insanların ildə bir ay öz nəfsləri üzərində hakim kəsilmələri, fağır-füqəraları yada salmaları, onlara kömək göstərmələri ilə xarakterizə olunur.

Müsəlman ölkəsi olmasına baxmayaraq, Azərbaycanda Ramazan ayı rəsmən qeyd olunsa da, ateizmi təbliğ edən sovet şinelindən çıxdıqları üçün insanların münasibəti fərqlidir. Bu ayda ölkə əhalisnin neçə faiznin dini kurallara əməl etdiyini söyləmək çətindir. Bunu nəzərə alaraq Simsar.az kiçik araşdırma apardı və tanınmış insanlar arasında oruc-tutub tutmamaları ilə bağlı sorğu keçirdi.

Xalq artisti İlhəmə Quliyeva: “Səhhətimlə əlaqədar oruc tuta bilmirəm. Qan təzyiqim yuxarıdır. Amma Əhya günlərində mütləq oruc tutacam”.

Xalq artisti Nisə Qasımova: “Səhhətimlə əlaqədar oruc tuta bilmirəm. Dərman atıram. Əvvəllər də oruc tutmamışam”.

Kinorejissor Oqtay Mirqasımov: “Təəssüf ki, səhhətimlə əlaqədar oruc tuta bilmirəm. Şəkərim var. Amma mənim böyük dini layihəm olacaq. Vaxtı gələndə açıqlayacam”.

Millət vəkili Zahid Oruc: “Ramazan ayı müqəddəsdir. Orucluğun mahiyyətinin böyüklüyünü dərk etsəm də, işimlə əlaqədar oruc tutmamışam. Çalışmışam ki, oruc tutanlar üçün müəyyən dərəcədə iftar süfrələri təşkil edim. Bu ayda daha çox xeyirxah işlər görməyə çalışıram”.

“Qarabağ” futbol klubunu baş məşqçisi Qurban Qurbanov: “Mən dini qayda-qanunlara riayət edən insanam. Çalışıram hər zaman bu qaydalara əməl edim. İnşallah Müqəddəs Ramazan ayında da şərtlərə əməl edib oruc tutacam”.

Sabiq millət vəkili Pənah Hüseyn: “Özünü müsəlman hesab edən hər bir şəxs oruc tutmalıdır. Əlbəttə ki, əgər onun sağlamlığı buna imkan verirsə. Mən də oruc tutmuşam. Oruc tutmağımın fəaliyyətimə heç bir təsiri olmayıb. Çalışıram imsaqı da, iftarı da evdə edim. Ramazan ayında adi günlərdə yediyim yeməklərlə qidalanıram. Bizdə təkcə ərzaq malları yox, sənaye məhsullarının da qiymətində bahalaşma müşahidə olunur. Bu Azərbaycanda inhisarçılıqla bağlı olan məsələdir. Ümumiyyətlə, Ramazan ayı digər müsəlman ölkələrindəki kimi daha təmtəraqlı keçirilmir”.


Müsavat Partiyasının başqanı İsa Qəmbər: “Mər hər il Ramazan ayında oruc tuturam. Bu ildə həmçinin. Oruc tutmaq insan fəaliyyətini müəyyən dərəcədə məhdudlaşdırır. Bunun dinamik şəraitdə təsiri olur. Səfərlərdə olanda oruc tutmuram”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı: “Mən bir dəfə infarkt keçirtmişəm. Ondan sonra ürəyimə görə mütəmadi olaraq gündə iki dəfə dərman qəbul edirəm. Bu da oruc tutmağıma imkan vermir. Allah da səhhətində qüsur olan insanların oruc tutmağına icazə vermir. Oruc tutmasam da, çalışmışam daha çox xeyir əmələrlə məşğul olam.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu: “Mən özüm oruc tutmuram. Amma ailə üzvlərim oruc tutur. İftarı onlarla açıram. Səhərlər onlarla birgə yemək yeyə bilmirəm. Günortalar isə ümumiyyətlə nahar etmirəm. Bütün günü oruc kimi keçirirəm. Təbii ki, əsas niyyətdir. Belə bir niyyətim olmayıb. Çünki səhhətim buna imkan vermir. Beynimdə zədə var. Özüm elmi işlə məşğulam. İslamda elm öyrənmək, elm öyrətmək ən yaxşı ibadətdir. Mənə elə gəlir ki, bu siz dediyiniz xeyir əməllərdəndir. Bundan əlavə digər xeyirxah işlər də görürəm. Tanıdığım oruc tutan insanlara bacardığım qədər iftar süfrəsi açmışam”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa: “Hər il oruc tuturam. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. "Onu "on bir ayın sultanı" da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olub. Dinin bütün şərtlərinə əməl etməklə yanaşı 18 ildən artıqdır ki, oruc tuturam. Düşünürəm ki, Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir. Bu ayda oruc tutmaq bütün müsəlmanların borcudur”.

RAMİL






2 Avqust, 2011  18:03 Baxılıb: 1256 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner