Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Daha bir yüksək vəzifəli məmur həbsi

Ramiz Mehdiyevin rəhbərlik etdiyi komissiyanın tapşırığı ilə Respublika Hərbi Prokurorluğu bir sıra Hərbi Komissarlıqlarda yoxlamalar aparıb

Respublika Hərbi Komissarlığının Kadrlar İdarəsinin rəisi, polkovnik-leytenant Etibar Nuriyev korrupsiya faktı ilə əlaqədar saxlanılıb. Onun barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Respublika Hərbi Komissarlığından APA-ya E. Nuriyevin həbsi xəbərini təsdiqləyiblər. Onun vəzifəsini müvəqqəti icra etmək kapitan Məmmədova tapşırılıb.

Qeyd edək ki, 2011-ci ilin yanvarın 27-də Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasında verilmiş tapşırıqlardan sonra Respublika Hərbi Prokurorluğu bir sıra Hərbi Komissarlıqlarda yoxlamalar aparıb.

Respublikanın hərbi prokuroru Xanlar Vəliyev bir neçə gün əvvəl keçirilən kollegiyada bildirib ki, bu il Respublika Hərbi Prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək 58 fakt üzrə cinayət işi başlayıb. Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması ilə bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində Cinayət Məcəlləsinin 311.1, 313, 341.1 maddələri ilə cinayət işləri başlanıb və istintaq davam etdirilir.






1 Avqust, 2011  17:55 Baxılıb: 953 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner