Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

1500 NƏFƏRİN QATİLİ HƏBS EDİLİB

Meksikada 1500 nəfəri öldürməkdə ittiham olunan narkobaron həbs edilib

Meksika hüquq-mühafizə orqanları “Xuares” narkokartelinin rəhbəri, “Dieqo” ləqəbli Xose Antonio Akostunu həbs ediblər. “Dieqo” ölkənin şimalındakı Syudad-Xuares şəhərində 1500 nəfərin ölümündə iştirak etməkdə təqsirləndirilir. Hökumət uzun müddətdən bəri axtarışda olan “Dieqo”nun yerini deyən şəxsə 1 milyon dollar mükafat boyun olmuşdu. Onun fəaliyyətinin əsas qurbanları polislər, mülki şəxslər və “Xuares”lə rəqabət aparan cinayətkar qruplaşmaların üzvləri olub. “Dieqo”nun həbsi ABŞ-ın Narikotiklərlə Mübarizə İdarəsi ilə əməkdaşlıq nəticəsində mümkün olub.

Qeyd edək ki, Meksika prezidenti Felipe Kalderon hakimiyyətə gəldiyi 2006-cı ildən mütəşəkkil cinayətkarlığa və narkomafiyaya qarşı müharibə elan edib.Meksika ABŞ-la sərhəd bölgələrə 60 min hərbçi göndərib. Lakin görülən tədbirlərə rəğmən ölkədə bu sahədə vəziyyət yaxşılığa doğru dəyişmir. Kalderonun hakimiyyəti dövründə mafiya ölkədə 40 mindən çox insanı qətlə yetirib.

Müstəqil ekspertlərin hesablamalarına görə, Meksika narkokartellərinin ABŞ-a narkotik maddələr daşınmasından əldə etdiyi illik gəlir 40 milyard dollara yaxındır.






1 Avqust, 2011  17:29 Baxılıb: 1034 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner