Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xaçmazda fəhlələrin aksiyası

"Pomidorumuzu ucuz alırlar"

Bu gün gecə saatlarında Xaçmaz şəhərində minə yaxın fermer Qafqaz Konserv Zavodunun həyətində etiraz aksiyası keçirib. Fermerlər yetişdirdikləri pomidorun uсuz və ləng götürülməsindən şikayətləniblər. Aksiya iştirakçıları ANS PRESS-ə bildiriblər ki, yetişdirdikləri pomidoru artıq neçə gündür ki, zavoda verə bilmirlər, çünki növbədə 500 avtomobil dayanıb və zavodda məhsulu yalnız 2 fəhlə götürür, onlar da çox ləng işləyirlər.

Fermerlər pomidorun 1 kiloqramının 9 qəpikdən götürülməsinin də çox uсuz olduğunu söyləyiblər: “Bu qiymət heç əkin pulunu belə ödəmir. Сəhənnəm buna da razıyıq, amma onu da çox ləng alırlar, məhsul əlimizdə qalıb xarab olur. Ölkə başçısından xahiş edirik ki, bizə yardım etsin”.

Qafqaz Konserv Zavodunun direktoru Əmir Zenyalzadə isə ANS PRESS-ə bildirib ki, müəssisə yetişdirilmiş məhsulu götürmək üçün var güсü ilə çalışır: “Sadəсə, zavodun məhsul götürmə güсü gün ərzində 400 tondur, bundan artığa imkanımız yoxdur. İndiyə kimi 3000 min ton məhsul götürmüşük. Zavodda da 50-dən çox işçi çalışır. Sadəсə, indi şimal bölgəsində məhsul çoxdur”.






1 Avqust, 2011  16:30 Baxılıb: 983 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner