Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

MÜSAVATIN NÖVBƏTİ BAŞQANI VURĞUN ƏYYUB OLACAQ?

Sülhəddin Əkbərin partiyadan çıxması, Arif Hacılının həbsdə olmasl Divan üzvünün şanslarını artırır

Bu ilin oktyabr ayında Müsavat Partiyasının qurultayının keçirilməsi planlaşdırılır. Qurultaya hazırlıq prosesi davam edir.

Simsar.az-ın məlumatına görə, bu gün Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçiriləcək.

Müsavat Partiyası yetkilisi Gülağa Aslanlı bir neçə gün öncə saytımıza açıqlamasında bildirib ki, partiya üzvlərinin həbsdə olması qurultaya hazırlıq işlərini ləngidib.

Müsavat başqans İsa Qəmbər bildirib ki, hətta nizamnamənin tələbləri dəyişdirilsə belə o namizədliyini irəli sürməyəcək. Yəni partiyaya yeni başqan seçiləcək.

Başqan postuna iddialı olan Arif Hacılı isə həbsdə olduğundan qurultayın plana uyğun keçməyəcəyini düşünmək olar.

Bu arada başqan postuna yeni iddialı şəxslərin adlarına rast gəlinir. Müsavat Partiyasının sonuncu divanında Vurğun Əyyubun iştirak etməsi diqqəti onun üzərinə yönəlməsinə səbəb olub. Türkiyədə yaşayan V.Əyyubun başqan postuna gətirilməsi ağlabatandır.

Xatırladaq ki, daha öncə başqan postuna iki şəxs olub. Arif Hacılı və Sülhəddin Əkbər. Birinci həbsdədir. İkinci isə başqan postu uğrunda apardığı mübarizədə qalib gələ bilmədiyini görüb istefa verib. O, təklif etmişdi ki, Müsavat Partiyası AXCP ilə birləşsin. Belə olanda birləşmiş partiyanın yeni başqanı Əli Kərimli olacaqdı. A.Hacılıdan fərqli olaraq Ə.Kərimlinin rəhbərliyi altında siyasi fəaliyyət göstərmək Müsavatda bir çoxları üçün qəbulolunandır.

İndiki məqamda isə başqan namizədliyinə real şəxs kimi V.Əyyub görünür. Simsar.az-ın məlumatlarına görə, partiyada V.Əyyuba namizədliyini irəli sürməsi təklif olunub. O, təklifə konkret cavab verməyib. Müsavat daxilində V.Əyyubu da başqan postunda görmək istəməyənlərin sayı az deyil.

Divan üzvü “Bizim Yol”a müsahibəsində uyğun suala belə cavab verib: “Allah Arif bəyin qapısını açsın! İnanmıram ki, Arif bəyi həbsdə çox saxlayarlar. Sadəcə, nə qədər bacarırlar, o qədər saxlamağa çalışacaqlar, çünki Arif bəyin hər hansı bir günahı yoxdur. Güman edirəm ki, qurultaya qədər o, həbsdən çıxar. Amma partiyadakı prosesləri tək-tək adamların adına bağlamaq düzgün deyil. Təbii ki, mənim müəyyən düşüncələrim var. Qurultay yaxınlaşanda bu barədə danışacağam”.

Partiyada İ.Qəmbərin yenidən namizədliyini irəli sürməsi təklifini verənlər də var.

RAMİL






30 İyul, 2011  15:55 Baxılıb: 1050 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner