Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

GÜRCÜSTANDA AZƏRBAYCANLI MƏKTƏB DİREKTORU TUTULUB

Laqodexi rayonunun Qabal kənd orta məktəbinin direktoru Həmid Əliyev saxlanılıb.

Bu barədə məlumatı Qabal kənd icra nümayəndəsi Camal Niyazov bildirib. C. Niyazov məktəb direktorunun saxlanılmasına təəssüfləndiyini bildirib: “inanmıram ki, Həmid Əliyev belə işlər görə bilsin. Bu, fikrimcə şərdir. Çünki 14 il məktəb direktoru işləyən bu insan necə hərəkət etməyi yaxşı bilir. Mənə çatan məlumata görə, bir ay bundan əvvəl Həmid Əliyevin rəhbərlik etdiyi məktəbdə bir neçə müəlliməyə bildirib ki, siz ixtisara düşübsünüz, gedin özünüzə şagird yığın, ixtisarınızı ləğv edək. Qabal kənd orta məktəbində gürcü dili müəllimi işləyən Diana Qelaşvili buna etiraz edib və müəyyən adamlara və təhlükəsizlik idarəsinə müraciət edib. Məlumat verib ki, guya məktəb direktoru ona intim əlaqə təklif edib. Guya məktəb direktoru bildirib ki, bu baş verərsə, onu ixtisara salmaram”.

C. Niyazov əlavə edərək bildirib ki, D. Qelaşvilinin üstündə səs yazan gizli maqnitofon olub. “Yazını mən eşitməmişəm. Amma Həmid Əliyevi yaxşı tanıdığım üçün onun belə iş gördüyünə inanmıram. Onun elə bir xüsusiyyəti yoxdur. Məlumat yayılıb ki, guya müvafiq orqanlarda onun səsi barədə məlumat var. Mən inanmıram ki, Həmid Əliyev belə bir təklif edər. Digər bir versiya da vardır ki, onu saxta attestat satması adı ilə tutublar. Lakin belə bir hadisə 1995-ci ildə baş vermişdi. Məndə olan məlumata görə, o, bir gürcüyə 1995-ci ildə attestat vermişdi. O insan gömrükdə işləyirdi. Həmin şəxs instituta qəbul üçün sənədləri verdikdə həmin attestat saxta çıxıb. Bu hadisə barədə iş qaldırılmışdı. Lakin Gürcüstan prezidentinin sərəncamına əsasən 2005-ci ilə qədər olan cinayət işlərinə xitam verilmişdi. Buna görə də Həmid Əliyev dövlətin hesabına 3.000 lari yatırdıqdan sonra attestat məsələsinə xitam verərək onu buraxdılar. Yenicə bu işə xitam verilmişdi ki, bu hadisə baş verdi. İndi H. Əliyevin müdafiəsi üçün vəkil tutulub”.






30 İyul, 2011  00:51 Baxılıb: 1048 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner