Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Erməni snayperinin yaraladığı Rahibə Poladovanın vəziyyəti ağırlaşıb

O, təcili olaraq Bakıya gətirilib

Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Məzəm kəndində ailəsilə istirahət edərkən erməni silahlı qüvvələri tərəfindən snayperlə vurulan 23 yaşlı Rahibə Poladovanın vəziyyəti qəflətən ağırlaşıb. O, təcili olaraq Bakıya Mirqasımov adına Respublika Xəstəxanasına gətirilib. Respublika Xəstəxanasının həkimi Vidadi Həsənovun verdiyi məlumata görə, Rahibə Poladova reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.

Onun müalicə olunduğu Qazax rayon Mərkəzi Xəstəxanasının cərrahı Bünyamin Abbasəliyev bildirib ki, xəstənin bədənindən güllə çıxarılsa da, vəziyyəti yaxşılaşmayıb. “Güllə xəstənin kürək nahiyəsindən döş qəfəsini dəlib keçib. Sağ bazu sümüyü qırılıb. Güllə xəstənin daxilində qalmışdı. Əməliyyat aparıldı və güllə cıxarıldı. Amma hazırda xəstənin vəziyyəti ağırdır”, - deyə o bildirib.

Zərərçəkənin qohumlarının verdiyi məlumata görə, əməliyyatdan sonra baş verən qanaxma xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olub. Rahibə Poladovadan əməliyyat zamanı çıxarılan güllə isə ekspertiza üçün paytaxta göndərilib. Yaralının anası İlhamə Poladova hadisə zamanı qızının yanında olduğunu deyib.

Hadisəni araşdıran Qazax rayon Prokurorluğundan verilən məlumata görə, Rahibə Poladova Məzəm kəndindəki gölün ətrafında istirahət edərkən güllə yarası alıb. Hadisə vaxtı tanışı Məzahir Məmmədov da onunla birgə olub. Bir uşaq anası olan Rahibə Poladova Qazaxın Bağanes Ayrım kəndindən məcburi köçkün kimi müvəqqəti olaraq rayon mərkəzində məskunlaşıb. Ermənistan silahlı qüvvələrinin cəbhə xəttinə yaxın Azərbaycan ərazilərində snayperdən atəş açdıqları ilk mülki vətəndaş deyil. Ötən ildən bəri ermənilərin atəşkəsi pozması 5 mülki şəxsin həyatına son qoyub.

Qeyd edək ki, 2008-ci ilin dekabrında həmsədrlər ölkələrin, eləcə də münaqişə tərəflərinin xarici işlər nazirlərinin birgə imzaladığı bəyanatda hərbçilərin və mülki şəxslərin həyatını qorumaq məqsədilə snayperlərin təmas xəttindən geri çəkilməli olduğu qeyd edilib. Ermənistan-Azərbaycan prezidentlərinin son görüşlərində də cəbhə xəttində snayperlərin fəallaşması pislənib. Amma erməni snayperləri dinc sakinləri hədəfə almaqda davam edir.






29 İyul, 2011  19:13 Baxılıb: 939 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner