Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dəhşətli istilərin ömrünə 5 gün qaldı

Temperatur Abşeronda 42 dərəcə olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Simsar.az saytına verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu 37-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu 35-40 dərəcə, bəzi yerlərdə 43 dərəcə, dağlarda 31-36 dərəcə isti təşkil edəcək.

Avqust ayının 03-dək kəskin isti hava şəraiti davam edəcək. Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 38-40 dərəcəyə, yarımadanın bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Aran rayonlarında və Naxçıvan MR-da 38-42 dərəcə, bəzi yerlərdə 44 dərəcə, dağlıq rayonlarda 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir.

Tropik hava kütlələrinin davamlı olaraq ölkə ərazisinə daxil olması nəticəsində yaxın 3 gün ərzində Abşeron yarımadasında kəskin isti hava şəraiti gözlənilir ki, bu da zəif küləklərin üstünlüyü fonunda xüsusilə günorta saatlarında əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün əlverişsizdir. Günün qızmar vaxtı əhalinin daha həssas qrupu olan uşaqlar, yaşlılar və xəstə insanlara açıq havada olmaq məsləhət görülmür.

Anar






29 İyul, 2011  14:29 Baxılıb: 996 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner