Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

TBMM-DƏN SARKİSYANIN BƏYANATINA SƏRT REAKSİYA

Türkiyə parlamentinin üzvləri Ermənistan prezidentinin bəyanatına sərt reaksiya veriblər

Nevzat Pakdil: “Azərbaycan prezidentinin bu məsələ ilə bağlı açıqlaması da çox yerinə düşüb”

Faruk Loğoğlu: “Sərkisyanın açıqlamasını ciddi qəbul etməmək mümkün deyil”

Toğrul Türkeş: “Ermənistan prezidenti işğal faktını rəsmən qəbul edib”

İstanbul. Mayis Əlizadə-APA. Türkiyə Böyük Millət Məclisinin üzvləri Ermənistan prezidenti Serj Sərkisyanın son açıqlamalarına sərt reaksiya veriblər. Açıqlama verən parlamentin sabiq vitse- spikeri, AKP Kahramanmaraş millət vəkili Nevzat Pakdil bildirib ki, Ermənistan prezidenti bu açıqlama ilə düşmənçiliyi təhrik edir: “Ən yüngül ifadə ilə desəm, “talesiz bir açıqlamadır”. Dünyada insanların sülh və əmin-amanlıq şəraitində yaşaması lazım olan bir dövrdə belə bir bəyanatın ortaya çıxması kin və düşmənçiliyi təhrik edir. Bu, işin birinci tərəfidir. İkinci tərəfdən isə Azərbaycan torpaqlarını işğal etmək və bu işğalı “Biz öz vəzifəmizi yerinə yetirdik. “Qərbi Ermənistan”ı almaq vəzifəsi gənclərin üzərinə düşür” şəklində ifadə etmək çox böyük talesizlik və təhrikdir. Bu, bir dövlət başçısına yaraşan davranış olmamışdır. Hörmətli baş nazirimizin də dediyi kimi, Sərkisyan bu sözlərə görə, üzr istənməlidir. Azərbaycanın hörmətli prezidentinin bu məsələ ilə bağlı açıqlaması da çox yerinə düşüb. Həm Azərbaycan torpaqlarını işğal edəcəksiniz, həm də tarixən müəyyənləşdirilmiş dövlət sərhədlərinə qarşı iddia irəli sürüb gəncləri təhrik edəcəksiniz. Dövlət adamına bu cür şeylər yaraşmaz. Ən qısa müddətdə üzr istənilərək düzəldiləcəyinə inanıram” .

“Türkiyənin xoş niyyət göstərib atdığı addımlara qarşı Ermənistanın yürütdüyü bu siyasətlər regionda cərəyan edən proseslərin gələcəyinə necə təsir göstərəcək?” sualına Nevzat Pakdil bu şəkildə cavab verib: “Türkiyə həmişə xoş niyyətli olmağa çalışıb. Burada ən önəmli məsələ - qardaş Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir. Biz hər şərtdə və zəmində Azərbaycanın haqlı mübarizəsini müdafiə edəcəyik. Siyasi açıqlamalar verərkən onların nəticəsinin nə olacağını çox yaxşı hesablamaq lazımdır. Həqiqətlərdən uzaq, təhriflərlə dolu bu sözlərə görə bir an əvvəl üzr istənilməsini tələb edirəm”

CHP Adana millət vəkili Faruk Loğoğlu isə bildirib ki, Ermənistan dövlət başçısı tərəfindən verilən bu açıqlama bütün nöqteyi-nəzərlərdən səhvdir və həqiqəti ifadə etmir: “Azərbaycan prezidentinin cavabı da Sərkisyanın açıqlamasının layiqli dəyərləndirilməsidir. Bu açıqlama həm də gənclərə ünvanlandığına görə, yanlışdır. Gənclərin sülhə, əmin-amanlığa, sabitliyə yönəlməsi lazımdır. Sərkisyanın açıqlaması isə gənclərə qeyri-sabitlik, qeyri-sülh və qeyri-əmin-amanlıq yolunu göstərir”.

“Azərbaycan sülh prosesinə sadiq qalmağa davam edir. Sizcə, bu cür açıqlamalar bundan sonra sülh prosesinin taleyinə necə təsir göstərər?”- sualına Türkiyənin Bakıdakı keçmiş səfiri Faruk Loğoğlu bu şəkildə cavab verib: “Əlbəttə, bu açıqlamanı ciddi qəbul etməmək mümkün deyildir. Ancaq bu cür açıqlamalara baxaraq, sülh kanallarını və yollarını tıxamamaq lazımdır. Sərkisyan bu sözləri deyib deyə, Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesini dayandırmaq yanlış olardı”.

MHP sədrinin müavini, Ankara millət vəkili Tuğrul Türkeş də Serj Sərkisyanın açıqlamalarını dövlət adamına yaraşmayan sözlər kimi dəyərləndirib: “Ermənistan prezidentisiniz və bu cür sözlər deyəcəksiniz. Bu, dövlət adamına yaraşmır. İkincisi, bu sözlər, onun özünün də ifadə etdiyi kimi, işğala haqq qazandırmaqdır. Bu, işğalı qəbul etməyə dair bir bəyanatdır. İşğala heç kimin haqqı yoxdur - ancaq Ermənistan dövlət başçısı özünün də de-facto bir durum yaratdığını qəbul edib. Digər tərəfdən isə, alınmış bir torpaq da yoxdur. İstər BMT, istərsə də ATƏT bu işğalın aradan qaldırılması üçün çalışmaqdadır. Qarabağdan didərgin düşmüş əhalinin geri qayıtması lazımdır. Buna görə də Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə yaxşı yola getmək məcburiyyətindədir. Açıqlamaları da bunu yaxşı düşünərək verməlidirlər”.


“Ermənistan tərəfinin bu cür neqativ açıqlamalarından sonra Sürix protokollarının aqibətini nə gözləyir?” sualına Toğrul Türkeş bu şəkildə cavab verib: “O protokolların təsdiq ediləcək bir tərəfi, onsuz da yox idi. Hökumət bizim bilmədiyimiz bəzi səbəblərə görə, protokolların imzalanmasına iştaha göstərmişdi. Ancaq daha sonra hökumət də quyunun dibini görə bilmədi və protokolları Məclisin sessiyasına gətirmədi. Sərkisyanın açıqlamaları bizim etiraz və xəbərdarlıqlarımızın nə dərəcədə haqlı olduğunu göstərməkdədir”. /apa






29 İyul, 2011  01:30 Baxılıb: 1100 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner