Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ağacların kəsilməsinə göz yumdu, 10 mn manat cərimələndi

MİS sədrinin biganəliyi yanğına da səbəb olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakıda şam ağaclarının yandırılması ilə bağlı edilmiş müraciət araşdırılıb. Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayonu T.Şıxəliyev və Kazımzadə küçələrinin arasında yerləşən ərazidəki şam ağaclarının yandırılması barədə daxil olmuş şikayət yerində yoxlanılıb.


Araşdırma zamanı məlum olub ki, sözügedən ərazinin 300 m2-lik sahəsində yanğın nəticəsində 15 ədəd yaşköküstə çoxillik Eldar şamı cinsli ağaclar boy inkişafı dayanacaq dərəcədə yanıb. Baş vermiş yanğına səbəb isə ağacların yerə tökülmüş yarpaqlarının yandırılması olub.


Faktla bağlı akt və protokol tərtib edilərək Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 37 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Nurəddin Abbasova vəzifəli şəxs qismində inzibati qaydada 10 000 manat məbləğində cərimə tətbiq edilib və təbiətə dəymiş ziyana görə qanunvericiliyə uyğun iddia qaldırılıb.


Yaşıllıq ərazisindəki ağaclara aqrotexniki xidmət göstərilməsi üçün Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan müddətli “Məcburi göstəriş” verilib.






28 İyul, 2011  20:47 Baxılıb: 997 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner