Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

XİN təəssüf edir

Sarkisyanın bəyanatına beynəlxalq aləm reaksiya vermədi

“Artıq Ermənistan rəhbərliyi öz çirkin, qeyri-qanuni əməl və niyyətlərini heç bir diplomatik ritorika ilə də pərdələmək istəmir və bu bəyanatla əsl mənəviyyatsız simasını üzə çıxarır. Əfsuslar olsun ki, Serj Sarkisyanın belə təcavüzkar və növbəti işğallara təhrik edən bəyanatı beynəlxalq aləm tərəfindən qiymətləndirilməyib və heç bir reaksiya verilməyib”.


APA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov Ermənistan prezidenti Serj Sarkisyanın erməni gəncliyinə xitabən “Dağlıq Qarabağı düşməndən biz azad etdik, Ağrı dağını azad etmək də sizin öhdənizə düşür” bəyanatına münasibət bildirərkən deyib.


“Görünür ki, beynəlxalq ictimaiyyətin işğalçı dövlətin rəhbəri olan Sarkisyanın belə bir çıxışından yan keçməsi onun cəzalandırılmamış qalacağına inanmağa əsas yaradır. Bu gün Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün danışıq masası arxasında oturan Ermənistan dövlət başçısının bir təcavüzün nəticələrinin aradan qaldırmadan öz ölkəsinin gənclərini yeni təcavüzlərə sövq edən açıq çağırışları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən həm həmsədr ölkələrinin səylərini heçə endirməsi, həm də beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyidir”, - deyə diplomat vurğulayıb.


E. Poluxov deyib ki, beynəlxalq aləm əsas tutduğu ümumbəşəri prinsiplərə qarşı belə bir hörmətsizliyə göz yummaq mövqeyi tutursa, onda onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərin S. Sarkisyana nə dərəcə təsirli olacağını şübhə altına alır: “Sarkisyanın belə bir bəyanatından dərhal sonrakı gün erməni snayperinin açdığı atəş nəticəsində Qazax rayonunun Məzəm kəndində 24 yaşlı Poladova Rahibə Firudin qızının yaralanması artıq S. Sarkisyanın növbəti işğallara verdiyi tövsiyələrin və bunun üçün hətta mülki əhalinin, o cümlədən azyaşlı uşaq və qadınlara qarşı amansızlıqlara verilən xeyir-duasının nəticəsidir”.






28 İyul, 2011  20:41 Baxılıb: 965 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner