Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ƏBÜLFƏZ QARAYEV İSPANİYA NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan İspaniya Krallığı Konqresinin nümayəndə heyətini qəbul edib

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İspaniya nümayəndə heyətinin tərkibinə Konqresin Xarici Əlaqələr komitəsinin sədri Xose Antonio Duran Yeida, millət vəkilləri Xuan Moskoso, Fransek Rikoma, və Xosu Erkoreka daxil olub. Görüşdə Ə. Qarayev nümayəndə heyəti ilə İspaniya Krallığı ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı müzakirə və fikir mübadiləsi aparıb. Mədəniyyət və turizm sahələri üzrə ikitərəfli təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulayıb.
Sonra nazir hər il İspaniyanın Madrid şəhərində keçirilən “Fitur” Beynəlxalq Turizm Sərgilərində Azərbaycan tərəfinin mütəmadi olaraq iştirak etdiyini bildirib. O, Azərbaycanda İspaniya Krallığının səfirliyinin açılmasının qarşılıqlı turist mübadiləsinin artmasına müsbət təsir göstərəcəyini qeyd edib.
Görüş zamanı nazir Azərbaycanda tikilən yeni mehmanxanalar, Şahdağ qış-yay turizm kompleksi və digər turizm infrastruktur obyektləri haqda qonaqları məlumatlandırıb. O, Azərbaycanın “Eurovision” mahnı müsabiqəsindəki parlaq qələbəsindən sonra ölkəyə böyük turist axının gələcəyinin gözlənildiyini qarşı tərəfin nəzərinə çatdırıb.






28 İyul, 2011  01:47 Baxılıb: 1157 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner