Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əməkdar müəllim Ardoğana müraciət etdi

Baş nazirdən əslən Kürdəmirdən olan İsmayıl Şirvani üçün kompleks tikdirməsi xahişi olundu

Azərbaycan Respublikasının Əməkdar müəllimi, Respublika Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin üzvü Nazim Nəsrəddinov Bakıda səfərdə olduğunu nəzərə alaraq baş nazir Ərdoğana müraciət edib.

Müraciətin bir nüsxəsi də “Simsar.az”a daxil olub. Müraciətdə bildirilir ki, Türkiyə dövlətinin XIX əsrdəki sədr-əzəmlərindən olan və Şamaxı xanlığı Bölükət mahalının Kürdəmir kəndində (indiki Kürdəmir rayonunda) yhaşamış Şirvanzadə Mehmed Rüşdi Paşa İsmayıl Şirvaninin ikinci oğludur.

“Sədr-əzəm, Şirvanzadənin atası Mövlanə İsmayıl Siracəddin Şirvani Kürdəmirdə dünyaya göz açıb, Amasiyada dünyasını dəyişib. Şərqin yüksək dini məktəblərində tanınmış din xadimlərindən dərs alan İsmayıl Şirvani Kürdəmirdə məktəbdarlıqla məşğul olub. Sonralar siyasi əqidəsinə görə Azərbaycandan uzaqlaşdırılıb. Kürdəmirdə çoxlu qohum-əqrəbası olan İsmayıl Şirvanini və onun sədr-əzəm oğlunu xatırladan kompleks və ya ev muzeyi yaratmaq Azərbaycan - Türkiyə dostluğu və qardaşlığı yolunda böyük addım olardı” deyə, müraciətdə bildirilir.

RAMİL






27 İyul, 2011  21:20 Baxılıb: 1364 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner