Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

TÜRKİYƏ DƏHŞƏTLİ ZƏLZƏLƏ ASTANASINDA

Elm adamları həyacan təbili çalır: "Elm vəzifəsini yerinə yetirdi, amma yerli rəhbərliklər və 1999-cı ildən üzü bu yana hökumətlər nə etdi?”

Türkiyənin Tekirdağ sahillərində 5.2 bal gücündə zəlzələ baş verib.

Simsar.az saytının haber1.com saytına istinadən verdiyi xəbərə görə, türk ekspertləri baş vermiş zəlzənin İstanbul üçün təhlükə yarada biləcəyini deyiblər.

Elm adamları xəbərdarlıq edir ki, Tekirdağ Mərmərə dənizi sahillərində meydana gələn 5.2 bal gücündəki zəlzələnin ardından, böyük İstanbul zəlzələsinin olması gözlənilir.

Seysmoloqlar "Ana fay olduqca aktivdir”, “Bütün bu zəlzələlər böyük zəlzələnin xəbərçisidir "deyərək, hər kəsi ehtiyatlı olmağa çağırıb.

Təhlükə mövzusunda çox əvvəldən həyəcan təbili çalındığını ifadə edən ekspertlər, "Elm vəzifəsini yerinə yetirdi, amma yerli rəhbərliklər və 1999-cı ildən üzü bu yana hökumətlər nə etdi?” – deyə kəskin mesajlar göndəriblər.

Suala ekspertlər elə özləri də cavab veriblər: “Təəssüf ki, ciddi heç bir şey edilmədi. Valilik hələ İstanbulu zəlzələyə hazırlayır. Bu iş artıq bir insanın hekayəsinə döndü. Məktəbləri, xəstəxanaları möhkəmlətməyə ehtiyac yoxdur, bəzi ərazilərdə evakuasiya işləri aparmaq lazımdır”.

Bu qədər xəbərdarlığa baxmayaraq, hələ də kütləvi bir hərəkətin olmadığını deyən elm adamları, seysmoloq və ekspertlər, Türkiyə üçün böyük fəlakətin gələcəyindən qorxduqlarını və həmin gün yetişmədən, lazımi tədbirlərin həyata keçirilməsinin vacibliyini dilə gətiriblər.

Aynurə






27 İyul, 2011  18:07 Baxılıb: 1137 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner