Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Jurnalistlər üçün müsabiqə

Birinci yerin sahibi 500 manat alacaq

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı KİV nümayəndələri arasında "Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər" mövzusunda müsabiqə elan edib.

Nazirlikdən Simsar.az-a verilən məlumata görə, müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin əməkdaşları tək və ya müştərək halda iştirak edə bilərlər. Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, video süjet isə 3 dəqiqədən az olmamalıdır. Məqalə Azərbaycan və ya rus dillərində, televiziya süjeti isə Azərbaycan dilində təqdim edilməlidir. Məqalə Azərbaycanda dərc olunan rəsmi nəşrlərin birində çap olunmalıdır və sonunda "İqtisadi İnkişaf Nazirliyi tərəfindən "Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər" mövzusunda KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir" sözləri qeyd olunmalıdır. 
Məqalənin çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsi, elektron KİV-də yerləşdirilmiş yazının saytdan çıxarılmış versiyası, video süjetlər isə DVD-də olmaqla KİV nümayəndələrinin vəsiqəsinin surəti ilə birlikdə 1 sentyabr 2011-ci il tarixinədək İqtisadi İnkişaf Nazirliyinə (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küç., 40 (Hökumət evi), 10-cu mərtəbə, 1004-cu otaq), yazıların elektron forması isə office@economy.gov.az ünvanına təqdim edilməlidir.
Müsabiqəyə təqdim olunmuş məqalələr və video süjetlər İqtisadi İnkişaf Nazirliyində yaradılmış Komissiya tərəfindən 1 oktyabr 2011-ci il tarixinədək qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcək.
Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaq:
Birinci yer - 1 nəfər - 500 manat
İkinci yer - 2 nəfər - hər biri üçün 400 manat
Üçüncü yer - 3 nəfər - hər biri üçün 300 manat
Həvəsləndirici mükafat - 4 nəfər - hər biri üçün 150 (yüz əlli) manat.






27 İyul, 2011  17:39 Baxılıb: 980 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner