Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yemiş yasağı

Bostan bitkisinin tərkibində nitratın miqdarı çoxalıb

Bakının “8-ci km” qəsəbəsindəki bazarda bostan bitkilərinin topdansatış məntəqəsində yemişin satışına qadağa qoyulub.


Bu haqda APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov məlumat verib. Onun sözlərinə görə, həmin məntəqədə satılan qarpız və yemişlərdən götürülən nümunələr analiz edilib: “Analizlərin nəticələrinə görə, qarpızların tərkibində heç bir problem yoxdur. Amma Kürdəmir rayonundan məntəqəyə gətirilən yemişlərin tərkibində nitratın miqdarının bir qədər çox olduğu aşkarlandı. Bununla bağlı, həmin məhsulun satışı dayandırıldı”. 

Bakıdakı bazarların bir çoxunda satılan qarpız və yemişlərin həmin məntəqədən tədarük edildiyini deyən Y. İbrahimovun sözlərinə görə, məntəqədə mütəmadi olaraq belə yoxlamalar həyata keçirilir.

Ramin






27 İyul, 2011  16:30 Baxılıb: 1254 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner