Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azərsu”dan xəbərdarlıq

Fırıldaqçılar mənzillərə gedərək vətəndaşlardan su və kanalizasiya xidmətlərinə görə nağd pul tələb edirlər

Özlərini “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edən fırıldaqçılar mənzillərə gedərək vətəndaşlardan su və kanalizasiya xidmətlərinə görə nağd pul tələb edirlər. Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, vaxtilə “Azərsu” ASC-də işləmiş və sonradan işdən çıxarılmış bəzi şəxslər də bu üsulla vətəndaşları aldadırlar. 


Həmin insanlar buna görə istehlakçılara saxta qəbzlər təqdim etməkdən belə çəkinmirlər. Nəticədə vətəndaşların fırıldaqçılara ödədiyi pul onların hesabına oturmur və gələcəkdə “Azərsu” ASC ilə abunəçilər arasında mübahisələrə səbəb ola bilər.


Bu cür xoşagəlməz halların baş verməməsi üçün “Azərsu” ASC abunəçilərin nəzərinə çatdırır ki, heç bir halda nəzarətçilərə nağd pul ödəməsinlər, nəzarətçilərdən xidməti vəsiqələrini tələb etsinlər, vəsiqəsi olmayan şəxsləri mənzillərinə buraxmasınlar və onların müraciətlərini cavablandırmasınlar. Nəzarətçilər vəsiqələrini təqdim etmədikdə və digər qanunazidd hərəkətlərə yol verdikdə dərhal yerli Sukanal Sahələrini məlumatlandırsınlar.


Bunlarla yanaşı, Bakının ayrı-ayrı rayonlarında yaşayan abunəçilər su sayğaclarının quraşdırılması müqabilində onlardan 30-40 manat pul istənilməsindən şikayət edirlər. “Azərsu” ASC abunəçilərin nəzərinə çatdırır ki, əhali istehlakçı qrupu üzrə texniki şərtin verilməsi və sayğacların quraşdırılması pulsuzdur. Abunəçilərdən xahiş olunur ki, heç bir halda su və kanalizasiya xidmətlərinin haqqını nağd şəkildə nəzarətçilərə verməsinlər, ödənişləri poçt və bank şöbələrində aparsınlar.

Rayon Sukanal sahələrinin əlaqə telefonları:

Sabunçu Sukanal sahəsi 555-13-72: 429-62-96: 429-60-97
Suraxanı Sukanal sahəsi 477-73-12: 477-90-47: 477-09-26
Xəzər Sukanal sahəsi 454-08-13: 554-95-37: 554-95-38
Nizami Sukanal sahəsi 375-59-34: 375-54-61
Nəsimi Sukanal sahəsi 498-00-89: 498-00-85
Səbail Sukanal sahəsi 491-47-88: 492-44-47
Yasamal Sukanal sahəsi 432-01-34: 511-21-63
Xətai Sukanal sahəsi 379-20-86: 372-00-20
Nərimanov Sukanal sahəsi 562-48-74: 561-71-44:
Binəqədi Sukanal sahəsi 555-13-64: 555-13-65: 562-25-54
Qaradağ Sukanal sahəsi 445-07-27: 445-85-60
Abşeron Sukanal İdarəsi 342-12-57: 342-11-29
Sumqayıt Sukanal İdarəsi 4-44-41 5-09-03






26 İyul, 2011  18:43 Baxılıb: 1160 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner