Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yas və toy çadırlarına qarşı "səlib yürüşü"

Çadır maşınları şəhərdən yığışdırılır

Bakının mərkəzi küçələrində saxlanılan xeyli sayda çadır maşını yığışdırılıb. Bu bizneslə məşğul olan şəxslərin Lent.az-a bildirdiyinə görə, Nəsimi rayonu ərazisində, Səməd Vurğun küçəsində yerləşən Əjdərbəy Məscidi (“Göy məscid”) ətrafındakı 7-8 çadır maşını, həmçinin mikrorayonlarda və ətraf keçələrdə olan xeyli sayda xeyir-şər məclisləri üçün avadanlıqlar daşıyan yük maşınları saxlanılıb. Yol polisləri tərəfindən saxlanılan avtomobillər Baş Dövlət Yol Polisi İdarəsinin dayanacağına aparılıb.

Adının açıqlanmasını istəmyən iş adamı Lent.az-a bildirdi ki, ona məxsus 3 belə maşın aparılıb. Həmçinin cənazəni qəbiristanlığa aparmaq üçün istifadə olunana kataflklar da yol polisləri tərəfindən yığışdırılır. Bu zaman bütün sənədlər qaydasında olsa da, sürücülərə hər hansı səbəb göstərilməyib.

Bakı şəhər Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov isə Lent.az-a açıqlamasında bildirib ki, digər nəqliyyat vasitələri kimi çadır maşınları və digər xüsusi avtomobillər də yol pöolisi tərəfindən saxlanıla bilər: “Ola bilər ki, həmin maşınların sənədləri qaydasında olmayıb. Həmçinin həmin avtomobillərin texniki təhlükəsizlik baxımından problemləri ola bilər”.

Qeyd edək ki. bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə daxili işlər naziri Ramil Usubova müraciət edib. Jurnalistlərə açıqlama verən QMİ sədri belə deyib: “Çoxları deyir ki, bu maşınlar, bu çadırlar Şeyxindir. Nazirliyə iki məktub yazmışam ki, bunları buradan qovsunlar, çıxarsınlar. Artıq üçüncü məktubu da yazacağam ki, onları məscidin yaxınlığından uzaqlaşdırsınlar. Bilirsiniz, çox pis vəziyyət yaranıb. Çadıra 30-40 min manat verən adamlar var. Özü də bunlar kimlərdi? Ziyalılar, imkanı olan adamlar... Əlbəttə, bu, dövlətin siyasəti deyil. Dövlət də belə olmasını istəməz”.






25 İyul, 2011  20:02 Baxılıb: 1080 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner