Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

11 409 əcnəbi fərdi uçotdadır

Onlardan 6627-si Тürkiyə vətəndaşlarıdı

Bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12,8 faiz artıb. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Simsar.az-a verilən məlumata görə, cari ilin ilk yarısında DSMF tərəfindən əlavə olaraq 1297 nəfər əcnəbi vətəndaş qeydiyyata götürülüb. Beləliklə, 2011-cu il iyulun 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 11 409 nəfərə yüksəlib.

Ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında əvvəlki hesabat dövrlərində olduğu kimi Тürkiyə vətəndaşları çoxluq təşkil edir - 6627 nəfər. Fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1420 nəfərə çatıb. Üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə hazırda 597 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (378 nəfər), Hindistan (271), Çin Xalq Respublikası (232), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (136), Özbəkistan (131), Pakistan İslam Respublikası (97), Almaniya (91), Ukrayna (90), Malayziya (80), Türkmənistan (72), Qazaxıstan (66 ), ABŞ (61 ) və s. ölkələr gəlir

Qeyd edək ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlırləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.






25 İyul, 2011  17:13 Baxılıb: 1075 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner