Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DOKTORANTURAYA SƏNƏD QƏBULUNUN VAXTI AÇIQLANIB

Azərbaycanda fəaliyyət göstərən ali təhsil və elmi tədqiqat müəssisələrinin doktoranturalarına sənəd qəbulunun vaxtı müəyyənləşdirilib

Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti Arif Həşimov bildirib ki, sənəd qəbulu sentyabrın 1-dən 30-dək aparılacaq. Bu müddətdə AMEA-nın strukturundakı təhsil müəssisələrinin doktoranturalarına daxil olmaq istəyənlər tələb olunan sənədləri AMEA-nın doktorantura şöbəsinə təqdim etməlidirlər. Digər təhsil müəssisələrinə sənəd qəbulu isə bununla bağlı yaradılmış xüsusi komissiya tərəfindən aparılacaq. İmtahanlar oktyabrda keçiriləcək.

Arif Həşimov qeyd edib ki, gələcəkdə sənəd qəbulu elektron formada aparılacaq.

Bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə aparılacaq. “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na görə, doktoranturada təhsil müvafiq proqramlar əsasında həyata keçiriləcək. Doktoranturada istehsalatdan ayrılmaqla əyani və istehsalatdan ayrılmamaqla qiyabi formada təhsil nəzərdə tutulur. Doktoranturalara təhsili həyata keçirən ali təhsil müəssisələri, elmi təşkilatlar yüksək səviyyəli elmi və elmi pedaqoji kadr hazırlığını dissertantura yolu ilə də həyata keçirə biləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3, qiyabi təhsilin müddəti 4, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4, qiyabi 5, dissertantlıq yolu ilə 3 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsilin müddəti qanunvericiliyə uyğun olaraq, uzadıla da bilər.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan, yaxud ali təhsilin ya magistratura səviyyəsini bitirən, ya da təhsili ona bərabər tutulan (əvvəllər 5 illik təhsil alanlar), tibbi təhsildə həkim və tibbi mütəxəssislər müraciət edə bilərlər.

Doktoranturanın tam kursunu bitirən şəxs təkrar eyni ixtisas üzrə başqa doktoranturaya qəbul oluna bilməz.

Bu il doktoranturaya qəbul üçün AMEA-ya fəlsəfə doktoru üzrə əyani şöbədə 176 yer, qiyabi şöbədə 39 yer ayrılıb.

Doktoranturalar yaradılan digər təşkilatlara fəlsəfə doktoru üzrə əyani 108, qiyabi 81, elmlər doktoru pilləsi üzrə əyani 18, qiyabi 30, dissertantura yolu ilə fəlsəfə doktoru pilləsi üzrə 145, elmlər doktoru pilləsi üzrə 13 yer ayrılıb.

Trend






23 İyul, 2011  20:01 Baxılıb: 1086 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner