Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Planşet bazarında “Android”in payı xeyli artıb

“Strategy Analytics” şirkətinin məlumatına görə, 2011-ci ilin ikinci rübündə planşet bazarında “Android” əməliyyat sisteminin payı 30,1% təşkil edib.

Qeyd edək ki, “Strategy Analytics” şirkəti keçən ilin III rübünün nəticəsinə görə analoji tədqiqatı aparıb. Həmin dövrdə isə planşet seqmentində “iPad” hökmranlıq edirdi, onun payı demək olar ki, 95%-ə çatırdı və “Google” platformasının payı isə cəmi 2,9% təşkil edirdi.
2011-ci ilin aprel-iyun aylarında isə “Apple” şirkəti bazarın 61,3%-nə nəzarət edirdi. Daha dəqiq desək, ikinci rübdə 9,3 milyon “iPad” satılıb. Bu göstərici demək olar ki, keçən ilin üçüncü rübündəki göstəricidən 3 dəfə çoxdur. “Android”in nəticələri isə daha heyrətləndiricidir; 0.1 milyondan 4,6 milyona kimi artım qeydə alınıb.
“Microsoft” şirkəti də planşet bazarında irəli gedə bilib. “Strategy Analytics” şirkətinin məlumatına görə, demək olar ki, 1 il əvvəl “Windows” ilə işləyən planşetləri almırdılar. Hal-hazırda bu əməliyyat sisteminin payı 4,6% təşkil edir.






23 İyul, 2011  14:24 Baxılıb: 1159 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner