Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rayonlara yağış yağacaq

Dağlıq ərazilərə dolu düşməsi gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, iyulun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 34-39 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarına gəlincə, iyulun 23-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 27-32 dərəcə isti təşkil edəcək.


Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Yaxın 2 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi, temperaturun ötən günlə müqayisədə 2-3 dərəcə aşağı enəcəyi gözlənilir.






23 İyul, 2011  12:17 Baxılıb: 984 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner