Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Nokia” daha ən böyük smartfon istehsalçısı deyil

“Nokia” şirkəti tərəfindən rüblük hesabat nəşr edildikdən sonra “Nomura” yapon investisiya bankı yeni proqnozlar dərc edib.

Belə ki, artıq “Nokia” şirkəti daha ən böyük smartfon istehsalçısı deyil. Aprel–iyun aylarında fin şirkəti 16,7 milyon "ağıllı telefon" tədarük edib. Bir gün əvvəl isə analoji dövr üçün 20.3 milyon “iPhone” satmış “Apple” şirkəti öz nailiyyətlərindən danışıb.
Bundan başqa, analitiklər “Samsung” şirkətinin də yaxşı satışlar haqqında hesabat verəcəyinə şübhə etmirlər. Ekspertlər Cənubi Koreya korporasiyasının smartfonlarına fövqəladə yüksək tələbat olduğunu qeyd ediblər.
O, “Android”, “Bada” və “Windows Phone 7” platformalarında aparatlar istehsal edir. “Samsung” şirkətinin ikinci rübdə təxminən 19-20 milyon aparat satdığı güman edilir. Beləliklə, smartfonların ən böyük istehsalçıları reytinqində birinci yer üçün “Apple” və Koreya şirkəti rəqabət aparır. 10 ildən çoxdur ki, bu seqmentdə liderlik etmiş “Nokia” şirkəti üçüncü mövqeyə enib.






22 İyul, 2011  16:03 Baxılıb: 1241 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner