Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“General Electric” 500 QB-lıq optik disk təqdim edib

2 il əvvəl “General Electric” şirkətinin əməkdaşları bildiriblər ki, optik disklər böyük potensiala malikdir və onlar daha çox məlumat saxlaya bilər.

Bütün bu vaxt ərzində onlar ultratutumlu optik daşıyıcı layihəsi üzərində işləyiblər və nəhayət, iş bitib. “General Electric” mütəxəssisləri 500 qiqabaytlıq disk nümunəsini təqdim ediblər.
“General Electric”dən indiyədək görünməmiş tutumda yeni optik məlumat daşıyıcısı (Blu-ray formatı hələ ki 50 Qb informasiya tutur; tutumun 128 Qbayta qədər artırılması üzrə hazırlamalar aparılır) holoqrafik texnologiyalara əsaslanır. İstehsalçılar yeni texnologiyanın iş prinsipini belə izah ediblər: "Disk özü polikarbonatdan hazırlanıb. Ona milyonlarla mikro-holoqram vurulub ki, bu da yazılmış informasiyanı qoruyur. Diskdən məlumatların oxunması üçün “Blu-ray” qurğusunda olduğu kimi həminki dalğa uzunluğunda lazer istifadə olunur”.
“General Electric” şirkəti nümayəndələrindən heç kəs 500 qiqabaytlıq diskin təxmini dəyərini və kütləvi istehsal tarixini bildirməyib. “UberGizmo” portalının jurnalistlərinin fikrincə, belə daşıyıcıların geniş yayılması vaxtına hələ var. Çünki hələ “Blu-ray” disklərindən heç də hamı istifadə etmir. Bundan başqa, heç də bütün stolüstü kompyuterlər və noutbuklar müvafiq qurğularla təchiz edilməyib. Hələ də istehsalçılar və istehlakçılar DVD formatına üstünlük verirlər.






22 İyul, 2011  03:04 Baxılıb: 1396 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner