Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

14 YAŞLI AZƏRBAYCANLI SƏSİ İLƏ ROMANI FƏTH ETDİ

Azərbaycanlı yeniyetmə İtaliyada keçirilən “Elia Catalano" milli festivalında laureat olub

Məşhur italyan xalq mahnısı "Jamayka"nın azərbaycanlı ifaçısı Emin Eminzadə səsi ilə Romanı fəth etdi. Dünya Azərbaycanlıları Konqresindən (DAK) verilən məlumata görə, Romada keçirilən “Elia Catalano" milli festivalında Azərbaycanı Dövlət Uşaq Filarmoniyasının solisti Emin Eminzadə laureat olub. İtaliyanın tanınmış sənətçiləri və musiqiçilərinin iştirak etdiyi festival iyulun 13-dən 16-na kimi davam edib. Festivalda Azərbaycanı Emin Eminzadə təmsil edib.

Bu il fevralın 13-də dünya şöhrətli italyan müğənni Robertino Loretti Bakıda solo konsert proqramı ilə çıxış edəndə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti, hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzinin nəzdindəki musiqi məktəbində fortepiano şöbəsində təhsil alan DAK-ın ən gənc üzvü (14 yaş) Emin Eminzadə onun “Jamayka”, sonra isə digər gənc solist İslam Qasımovla birgə “O Sole Mio” mahnısını ifa edib. Məhz həmin çıxışdan sonra italiyalı müğənni Emin Eminzadəni “Azərbaycanın Robertinosu” adlandırıb. Elə Emin Eminzadənin İtaliyada keçirilən bu festivala dəvət almasının təşəbbüskarlarından biri də Robertino Loretti olub. İyulun 13-də, yəni festivalın ilk günündə Azərbaycanın gənc vokalçısı Robertino Lorettinin “Jamayka” və “O Sole Mio” mahnılarını ifa edib. Nəticədə Emin Eminzadə ən yüksək nəticə qazanaraq "Elia Catalano" milli festivalının laureatı olub. Mükafat gənc solistə festivalın Təşkilat Komitəsinin rəhbəri, maestro Fabrizio Masci tərəfindən təqdim olunub.

İyulun 15-də isə Emin Eminzadə dünya şöhrətli müğənni Robertino Loretti və ailəsinin qonağı olub. Əfsanəvi tenor gənc solistə Romada bir neçə günlük “Master class” keçir. Emin Eminzadənin səsinə və sənətinə vurğun olduğunu qeyd edən Robertino Loretti onu payızda Moskvada keçiriləcək yubileyinə dəvət edib. Həmin tədbirdə əfsanəvi tenor gənc solistlə birgə səhnədə oxuyacağını bildirib. Emin Eminzadə isə Robertino Lorettidən onunla birgə Azərbaycan xalq mahnısı oxumağı xahiş edib. Əfsanəvi tenor da Azərbaycan xalqının musiqisini və mədəniyyətini çox sevdiyini söyləyib.

Daha sonra Emin Eminzadə Romanın mərkəzində, Trastevere səmtində düzənlənmiş “Elia Catalano" milli festivalının qala konserti olan “Festa de noantri” konsert proqramında çıxış edib. Konserti böyük tamaşaçı kütləsi izləyib. Qonaqlar arasında Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıxov və diplomatik korpusun əməkdaşları iştirak edib. E. Eminzadənin çıxışından sonra tədbirin aparıcısı Vaqif Sadıxovu səhnəyə dəvət edərək, İtaliya xalq mahnılarını peşəkarlıqla ifa edən belə istedadlı gənc yetişdirdiyinə Azərbaycan xalqına təşəkkür edib. /anspress






22 İyul, 2011  01:43 Baxılıb: 1565 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner