Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Anar Pərviz Cəbrayılı təbrik etdi

AYB sədri həmçinin barəsindəki ittihamları da cavablandırıb 

İyulun 9-da “Azadlıq” qəzetində yazıçı Süleyman Rəhimovun oğlu Şamo Arif “Anar ermənilər qarşısında susub...” – başlıqlı yazısı dərc olundu. Yazıçılar Birliyinin sədri Anara yönələn ittihamlara AYB katibi Fikrət Qoca elə “Azadlıq” qəzetində “Palto oğurlayan, ya paltosu oğurlanan” başlıqlı yazısı ilə cavab verib.

F.Qoca S.Rəhimov və onun oğlu ilə yanaşı, xalq yazıçısı Əkrəm Əylisini də hədəf götürüb.

Yazıçı Əkrəm Əylisli isə cavab mövqeyindən çıxış edərək, “Fikrət Qoca təpədən-dırnağacan saxtadır. Bundan sonra ondan hər hansı doğru söz eşidəcəyimə ümidim qalmayıb” deyə, bildirib.

Hələ də, səngiməyən söz - söhbətə bu gün xalq yazıçısı Anar da qoşulub.

AYB sədri “525- ci qəzet”də dərc olunan “Xalq şairi Fikrət Qocaya açıq məktub” məqaləsində bir sıra məsələlərə aydınlıq gətirib.

“Qardaşım Fikrət! Qəribə görünə bilər ki, Yazıçılar Birliyində qarşı-qənşər otaqlarda oturduğumuz halda sənə məktubla müraciət edirəm”- sözləri ilə başalayan məktubda yazıçı kimin kim olduğunun üzə çıxdığını, həmçinin qələm dostu Fikrət Qocaya mərdliyi, etibarı üçün dərin təşəkkürlərini bildirir: “Sənin yazdıqlarınla əleyhinə yazılanlar göz qabağındadır, ağlı və insafı olan obyektiv oxucu kimi haqlı, kimin haqsız olduğunu özü müəyyənləşdirər. Sənə etiraz edənlər, doğrudan da orijinal metod tapıblar. Sən bir şey deyirsən, onlar sözü başqa yerə çəkirlər. Sənin, eləcə də hörmətli Hüseynbala Mirələmovun (ona, eləcə də adaşım Anar Mahmudoğluna da səmimi minnətdarlığımı bildirirəm) gətirdikləri faktların bircəciyini də təkzib edə bilmirlər, dəlillərinizin birini də inkar edə bilmirlər, fikirlərinizə məntiqli cavab tapmırlar, əvəzində yalnız söyüşü, təhqiri üstün tuturlar. Bu münaqişə bir də onu təsdiq etdi ki, belələrinin həqiqətə qarşı yeganə silahları söyüş, təhqir və böhtandır. Düz deyirlər ki, “icazəli cəsarət” zəmanəsi yalançı qəhrəmanları ortaya çıxardı. Əzizim Fikrət, nə etməli, belə insanlarla bir dövrdə yaşamaq bizim taleyimizdir. Hələ Allaha şükür etməliyik ki, indi 37-ci il deyil. Yoxsa donoslarla, böhtanlarla neçəmizin evini yıxardılar”.


Yazıçı Anar həmçinin məktubun sonunda “Azadlıq” qəzetinin köşə yazarı Pərviz Cəbrayılı 2011-ci il Milli Kitab Mükafatının qalibi olması münasibəti ilə də təbrik edib: “Heydər Əliyev mükafatını alanda “Azadlıq” qəzetinin elə bir nömrəsində üç müəllifin üç müxtəlif yazısında məni böyük alicənablıqla, qanacaqla və nəzakətlə təbrik etmişdilər. Bu təbriklərdən biri də Pərvizin idi. Amma Pərviz bununla da kifayətlənməyib “Azadlıq”ın bundan sonrakı nömrəsində də məni son dərəcə nəcib, ədəbli şəkildə təbrik etdi. Mən də bu təbriklərə cavab olaraq Pərvizi Kitab mükafatı alması münasibətiylə səmimi qəlbdən təbrik edir, ona yeni uğurlar diləyirəm”.

Aynurə






21 İyul, 2011  20:47 Baxılıb: 1240 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner